01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Quba rayonunda "Əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi " layihəsinin növbəti toplantısı keçirildi.
VETENİM-AZERBAYCANDIR.AZ
24 iyul 2023-cü il tarixində "Əlil Qadınlar Cəmiyyəti" Ictimai Birliyinin BMT-nin Etimad Fondunun (UN Trust Fund End Violence against Women) maliyyə dəstəyi ilə Quba şəhərində "Əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi" adlı layihəsinin fəaliyyət istiqamətində növbəti görüş keçirildi. Tədbirdə dövlət qurumlarının, sosial, səhiyyə, ədliyyə, bələdiyyə, məşğulluq təhsil, İcra hakimiyyətinin, huquq mühafizə orqanlarının əməkdaşlarının iştirakı təmin olunmuşdu. Quba Rayon İcra Hakimiyyətinin əməkdaşı Aynur Yahyayeva, reqionun Ali təhsil ocağı olan ADPU-nun Quba filialının əməkdaşları Nübar Bayramova, Şəhla Mədətova, Günel Məlikova, Nəhayət Şirinova, rayon koordinasiya şuralarının üzvləri, layihənin Xaçmaz rayonu üzrə əlaqələndiricisi Lalə Rəhmətullayeva, Qusar rayonu üzrə əlaqələndirici Sara Əliyarova iştirak edirdi.
Tədbir zamanı müxtəif növ əlilliyi ve kommunikaisya çətinlikləri olan qadın və qızlar ilə peşəkar etik ünsiyyətin və onlara xidmət gostərməyə dair kommunikativlik bacarıqları artırılması istigamətində fikir və mülahizələr dinlənilmişdir. Tədbiri giriş sözü ilə "Əlil Qadınlar Cəmiyyəti" Ictimai Birliyinin sədri hörmətli Məhluqə Qaramanli açaraq, təşkilat və təşkilatın təşəbbüsü ilə reallaşan layihə və tədbirlər barədə geniş məlumatlarla çıxış etmişdir. Daha sonra Quba Rayon İcra Hakimiyyətinin əməkdaşı Aynur Yəhyayeva, Etika Akademiyasının təsisçi direktoru Günel İbrahim, layihənin proqram üzrə fasilitatoru Firuzə Babayeva, Vətəndaşların Sosial Rifahı Naminə İB-nın rəhbəri, əlilliyi olan qız və qadınlara keçirilən təlimlər üzrə təlimçi İradə Rzazadə və reqion üzrə Koordinasiya Şurası sədrinin və əlaqələndiricilərinin hesabatları dinlənilmişdir.
Hesabatların sonunda Nəhayət Şirinova təşkilatın Quba rayonu üzrə rəsmi nümayəndəsi elan olundu.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkildi
VETENİM-AZERBAYCANDIR.AZ