13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
00:39 - Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
00:38 - Nazir sabiq direktora vəzifə verdi
20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
Quba rayonunda "İctimai yerlərdə əlilliyi olan qadın və qızlara qarşı psixoloji və emosional zorakılığ" mövzusunda tədbir keçirilib.
44gün.org
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB) mətbuat xidmətinin məlumatına istinad edərək bildirim ki,
Quba şəhərində "İctimai yerlərdə əlilliyi olan qadın və qızlara qarşı psixoloji və emosional zorakılığa son qoyulması" tədbirlərinin koordinasiyasını yaxşılaşdırmaq üçün layihənin maraqlı tərəfləri və benefisiar təşkilatların iştirakı ilə dəyirmi masa görüşü keçirilmişdir.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Bakı şəhərində ilk dəyirmi masa görüşü 14 fevral 2023-cü il tarixində baş tutdu.
Layihənin ümumi məqsədi yoxsul ailələrdən o, cümlədən məcburi köçkün olan əlilliyi olan qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır.
Dəyirmi masanin həyata keçirilməsində məqsəd əhaliyə müxtəlif sahələrdə (təhsil, səhiyyə, sosial müdafiə, məşğulluq, mədəniyyət, hüquq mühafizə və s.) xidmət göstərən dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarının iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə olan münasibətin dəyişməsi və onlara qarşı olan zorakılıq hallarının azaldılması və qarşısının alınması, onlar üçün icitmai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılması sahəsində tədbirləri əhatə edən yerli fəaliyyət planlarının hazırlanmasıdır.
Dəyirmi masada müxtəlif dövlət, qeyri-hökümət və biznes təşkilatlarınln nümayəndələri iştirak etdi. Tədbir zamanı dövlət və digər qurumların nümayəndələrindən ibarət Koordinasiya Şurası yaradıldı. Koordinasiya şurasının məqsədi layihənin əsas benefisiarları olan əlilliyi olan qadın və qızların ictimai dövlət xidmətlərinə çıxışının asanlaşdırılması üçün birgə fəaliyyətlərin müəyyən edilməsi, koordinasiyası və icra edilməsidir.
İclasın sonunda Koordinasiya Şurasının sədri və katibi müəyyənləşəcək, səs çoxluğu ilə qəbul edildi.
Onu da qeyd edək ki, qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund) eksklüziv olaraq yerli və milli səviyyədə qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmidir.
Əfsanə Əliyeva.
Vətənim-Azərbaycandır xəbərlər informasiya portalının müxbiri.
VETENİM-AZERBAYCANDIR.AZ