Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Quba şəhərində iki gün müddətində dəyirmi masa və seminar keçirilmişdir.

Quba şəhərində iki gün müddətində dəyirmi masa və seminar keçirilmişdir.
24-02-2024, 23:24 195 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

   “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB) "Əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemləri və onların yaşadığı icmaları tərəfindən dəstəklənməsi" mövzusunda görüşlər davam edir. 
    “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə 2022 -ci ilin sentyabr ayından “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin icrasına başlamışdır.  
        Layihənin ümumi məqsədi yoxsul ailələrdən o cümlədən məcburi köçkün olan əlil qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır.
21.02.2024-cü il tarixində “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin BMT-nin Etimad Fondunun (UN Trust Fund End Violence against Women) maliyyə dəstəyi ilə Quba şəhərində “Əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının  təkmilləşdirilməsi” adlı layihəsinin fəaliyyət istiqamətində növbəti dəyirmi masa keçirilib.
Dəyirmi masa ADPU-nun Quba filialının konfrans zalında keçirilmişdir. Dəyirmi masada  dövlət qurumlarının, sosial, səhiyyə,  məşğulluq, təhsil, İcra hakimiyyətinin əməkdaşları iştirak ediblər. Dəyirmi masaya  eyni zamanda Quba Rayon İcra Hakimiyyətinin əməkdaşı Əhməd Nurullayev, Əlil Qadınlar Cəmiyyəti İB-nin Koordinasiya Şurasının sədri Nəhayət Şirinova, regionun ali təhsil ocağı olan ADPU-nun Quba filialının əməkdaşları, Humanitar və sosial elmlər fakültəsinin dekanı s.m.i.e. Mürvət Əliyev, Riyaziyyat və təbiət elmləri fakültəsinin dekan s.m.i.e. Nübar Bayramova, icmaların  üzvləri, layihənin Xaçmaz rayonu üzrə əlaqələndiricisi Lalə Rəhmətullayeva, Qusar rayonu üzrə əlaqələndirici Sara Əliyarova da qatılmışdır. 
Görüşdə ilk olaraq Əlil Qadınlar Cəmiyyətinin sədri
 Məhluqə Rəhimovanın layihədə nəzərdə tutulan II fəaliyyət proqramı üzrə ümumi hesabatın dəyirmi masa iştirakçılarına təqdimatı olmuşdur. 
Daha sonra Quba Rayon İcra Hakimiyyətinin əməkdaşı Əhməd Nurullayevə çıxış üçün söz verildi. 
Sonra Region üzrə  Koordinasiya Şurasının sədri Nəhayət Şirinovanın hesabatı dinlənilmişdir. 
Sonda xatirə şəkli çəkilmişdir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI