Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

14 min hektardan çox torpaq sahəsi bələdiyyələrə qaytarılıb - Yenilənib

14 min hektardan çox torpaq sahəsi bələdiyyələrə qaytarılıb - Yenilənib
19-02-2024, 13:31 413 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Azərbaycanda bir neçə bələdiyyədə qanun pozuntuları aşkarlanıb.

VETENİM-AZERBAYCANDIR.AZxəbər verir ki, bu, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəddə əksini tapıb.

Sənəddə qeyd edilib ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı, Suraxanı rayonu Zığ, Binəqədi rayonu Biləcəri, Xəzər rayonu Şağan, Qusar rayonu Balaqusar, Tovuz rayonu Düz Cırdaxan və digər bələdiyyələrdə aşkar olunmuş qanun pozuntuları ilə bağlı cinayət işləri başlanıb.
Həmçinin Binəqədi rayonu Binəqədi qəsəbə, Biləsuvar rayonu Biləsuvar, Saatlı rayonu Çolpı və digər bələdiyyələrin fəaliyyətində yol verilmiş qanun pozuntuları ilə bağlı toplanmış materiallaar istintaq orqanlarında baxılır.
***
İllik məruzədə qeyd olunub ki, keçən il Azərbaycanda 14 min ha-dan çox torpaq sahəsi bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılıb.
Ötən il Azərbaycanda 14 091 ha torpaq sahəsinin icarəyə, 193 ha torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib, bütövlükdə 14 284 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib.
Qeyd olunub ki, 323 ha torpaq sahəsi ilə bağlı mübahisələr isə məhkəmələrin icraatındadır: “Ümumi istifadə üçün nəzərdə tutulan örüş sahələrinin qanunsuz icarəyə və ya mülkiyyətə ayrılması, zəbt olunması vətəndaşların çoxsaylı şikayətlərinə səbəb olur. Bu pozuntuların aradan qaldırılması, ümumi istifadədə olan örüş torpaqlarının qanunvericiliyin tələblərinə uyğun istifadəsinin təmini məqsədilə görülmüş tədbirlər nəticəsində nazirliyin təklifləri əsasında qanunsuz ayrılmış 8 405 ha örüş sahəsi bələdiyyələrin sahibliyinə qaytarılıb”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI