Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Beynəlxalq Muğam Mərkəzində "Dədə Süleyman" ləqəbi ilə tanınan xanəndə, əməkdar artist Süleyman Abdullayevin 85 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirildi.

Beynəlxalq Muğam Mərkəzində "Dədə Süleyman" ləqəbi ilə tanınan xanəndə, əməkdar artist Süleyman Abdullayevin 85 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirildi.
17-02-2024, 22:08 240 dəfə baxılıb



Fevralın 16-da Bakıda Beynəlxalq Muğam Mərkəzində "Dədə Süleyman" ləqəbi ilə tanınan xanəndə, əməkdar artist Süleyman Abdullayevin 85 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirildi.
O, 1939-cu ildə Füzuli rayonunda anadan olmuşdur. 20 yaşına çatdıqda rayona gələn Seyid Şuşinski onun səsini bəyənmiş və Bakıya dəvət edərək öz sinfində ona muğamın sirlərini öyrətmişdir. 
 Musiqi təhsili aldıqdan sonra o, Filarmoniyanın solisti kimi fəaliyyətə başlamış, xalq çalğı alətləri ansamblları ilə çalışmışdır. Bütün fəaliyyəti boyu Süleyman Abdullayev Seyid Şuşinskinin ənənələrini yaşatmağa müvəffəq olmuşdur. Xanəndə 23 oktyabr 2022-ci ildə şəkər xəstəliyindən vəfat edib.
Aşağıda onun yubiley tədbirindən çəkdiyim foto-sessiyanı təqdim edirəm.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI