Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

23:39 - Ömrünün ən parlaq illərini doğma vətənimizə, dövlətimizə dövlətçiliyimizə, milli mətbuatımıza həsr edən səmimi, dürüst, xeyirxah və bu kimi insani keyfiyyətləri özündə cəmləşdirməyi bacaran çox hörmətli Kamran Orucovdan bəhs edək bu gün.

22:31 - Muxtar Babayev BMT rəsmisi ilə COP29-a hazırlığı müzakirə edib

22:29 - FHN azad olunmuş ərazilərindəki obyektlərdə tədbir keçirib

22:28 - Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb

22:25 - Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri ilə görüşüb

22:23 - Hesablama Palatası Bakı Dövlət Universitetində nöqsanlar aşkar edib

22:20 - Prezident: Geniş coğrafiyada Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası başlıca amil olub

22:16 - İlham Əliyev İtaliyada keçirilən Çernobbio Forumunda çıxış edib

21:19 - Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

21:15 - COP29 Əməliyyat Şirkəti: Yaşıl Zona özəl sektorun inkişafını sürətləndirmək əzmindədir

21:14 - Prezident İlham Əliyevin Romada İtaliya Prezidenti ilə birgə işçi naharı olub

21:13 - Nazir: Təhsilin formalaşması ilə bağlı cəmiyyətdə bir çox məqamların müzakirəsinə ehtiyac var

21:12 - Azərbaycan cüdoçusu Avropa çempionu olub

20:00 - Uzun illər "Xaçmaz" qəzetində çalışan, jurnalistika peşəsini çiyinlərində daşıyan həmkarımız Gülxar Rəhimlinin doğum günüdür.

00:00 - Türkiyə və Azərbaycan yeni iqtisadi blokda birləşə bilər - Bakı və Ankaranın qlobal təsiri artır

Balakəndə şəhidin xatirəsinə həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıblar

Balakəndə şəhidin xatirəsinə həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıblar
11-02-2024, 01:58 77 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ





Balakən rayonu Yeni Şərif kənd tam orta məktəbində bu təhsil ocağının adını daşıyan Birinci Qarabağ müharibəsi şəhidi Rauf Hədisovun ildönümünə həsr edilmiş tədbir və “Şəhid Rauf Hədisov adına təqaüd proqramı” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbər şəxsləri, Balakən rayon təhsil sektorunun əməkdaşları, kənd bələdiyyəsinin nümayəndələri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, məktəbin kollektivi və qonaqlar iştirak ediblər.
Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir iştirakçıları əvvəlcə şəhid Vüsal Omarovun övladları Yağmur və Duyğunun, həmçinin digər şagirdlərin vətənpərvərlik mövzusunda çəkdikləri rəsmlərdən ibarət sərgiyə baxıblar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən müdir müavini Günay Mahmudova çıxış edərək, Vətənimizin ərazi bütövlüyü uğrunda xalqımızın apardığı mübarizədən, rəşadətli Ordumuzun şərəfli döyüş yolundan söz açıb, şəhidlərin gənc nəslə nümunə olan həyatlarından bəhs edib. Bildirilib ki, Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə, bütün dünyaya öz gücünü, mətinliyini nümayiş etdirib, ərazi bütövlüyümüz təmin edilib.
Şəhid Rauf Hədisovun həyat yoldaşı Mesed Hədisova, Raufun döyüş yoldaşı şəhid İsmayıl Tuhumovun atası Şəmsəddin Tuhumov çıxış edərək, şəhidlərin şərəfli ömür yolunun daim təbliğ olunması və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb, “Şəhid Rauf Hədisov adına təqaüd proqramı”nın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Tədbirdə şəhid Rauf Hədisova həsr olunmuş videoçarx nümayiş etdirilib, şagirdlərin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Daha sonra “Şəhid Rauf Hədisov adına təqaüd proqramı”nın rəhbəri, qabaqcıl təhsil işçisi Tinov Bağmanov tərəfindən müsabiqənin qalibləri elan edilib. Qaliblərə pul mükafatı ilə yanaşı, üzərində şəhid Rauf Hədisovun adı olan döş nişanları da təqdim olunub.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI