Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Yaşar Gülər: 44 günlük müharibədə Azərbaycan Ordusu qəhrəmanlıq göstərdi

Yaşar Gülər: 44 günlük müharibədə Azərbaycan Ordusu qəhrəmanlıq göstərdi
9-01-2024, 12:34 250 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ



Qırx dörd günlük müharibədə Azərbaycan Ordusu yüksək fədakarlıq, qəhrəmanlıq göstərdi. Azərbaycan türkü təxminən 30 il ərzində həlli dondurulmuş, sinəsində qanayan yara olan Qarabağın azadlığı üçün üzləşdiyi çətinliklər qarşısında əyilmədi, əcdadımıza yaraşan şəkildə vətəninə, xalqına, hüququna və öz torpaqlarına sahib çıxdı.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bir qrup azərbaycanlı Vətən müharibəsi iştirakçısı ilə görüşü zamanı söyləyib.

Nazir bildirib ki, bu böyük Qələbə sadəcə Ermənistan üzərində qazanılan Zəfər deyil, eyni zamanda, illər boyu haqsızlığa, hüquqsuzluğa göz yumanlara, səssiz qalanlara ən gözəl cavabdır.
"Azərbaycanın Zəfəri Türk tarixinə də damğa vurub. Türkiyə olaraq davamlı sülh üçün üzərimizə düşən bütün səyləri göstərdik, bundan sonra da qərarlı bir şəkildə bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Vətən müharibəsində olduğu kimi, bundan sonra da hər zaman can Azərbaycanın yanında olacağıq",- deyə Y. Gülər vurğulayıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI