Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi 50 milyonluq azərbaycanlı kimliyinin tələbidir .

İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi 50 milyonluq azərbaycanlı kimliyinin tələbidir .
15-12-2023, 14:56 172 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi yalnız 700 min üzvü olan bir siyasi təşkilatın yox, bütövlükdə 10 milyonluq Azərbaycan xalqının, hətta 50 milyonluq azərbaycanlı kimliyinin təkidli tələbidir. Yaranışı belə ictimai-siyasi zərurətdən doğan və Heydər Əliyev şəxsiyyətinin işığında formalaşan bir təşkilatın bu gün öz qərarını xalqın tələbi əsasında qəbul etməsi təbiidir və çox müdrik yanaşmadır.
Bunu  açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.
O xatırladıb ki, son 105 ildə 3 dəfə ictimai-siyasi formasiya dəyişmiş Azərbaycan sabit inkişaf dövrünə məhz ötən əsrin 60-cı illərinin sonundan, Ulu Öndər ilk dəfə siyasi hakimiyyətə gəldikdən sonra qədəm qoyub: “Hətta ozamankı İttifaq çərçivəsində belə tam şəkildə feodal təfəkkürdən çıxa bilməyən cəmiyyət, iqtisadi gerilik, zəngin tarixi-mədəni irsin isə nihilist-bolşevik təfəkküründə ərimək üzrə olduğu bir dövrdə Ulu Öndər Azərbaycana yeni nəfəs vermiş, ölkə inkişaf dövrünə qədəm qoymuşdu. Dahi Liderin siyasi hakimiyyətdən 6 illik kənarlaşdığı dövr isə Azərbaycan tarixinin ən ağır və utanc səhifələrinin yaşandığı perioda çevrildi. Bütün bu yaşananlar isə xalqın gen yaddaşına çevrildi və bu gün də üzərindən yarım əsrlik bir zamanın keçməsinə baxmayaraq hər bir azərbaycanlı Heydər Əliyev siyasi kursunun əhəmiyyətini, bu kursun davamlılığının ümummilli zərurət olduğunu dərk edir. Xüsusən bu kursun parlaq davamçısı, milli özünüdərk və inkişafı yeni mərhələyə yüksəltmiş İlham Əliyev şəxsiyyətinin rolu nəinki Azərbaycan xalqı, bütövlükdə Cənubi Qafqaz başda olmaqla, bütün regionumuzda təsirli iz buraxmaqdadır”.

Bəhruz Məhərrəmov qeyd edib ki, siyasi suverenliyimizin möhkəmlənməsi, tam iqtisadi müstəqilliyə nail olunması, ərazi bütövlüyü, sərhəd toxunulmazlığı, beynəlxalq hüquqla tanınan bütün ərazilərimizdə konstitusiya quruluşunun bərqərar olunmasına məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə nail olunub. “Əsrlərdir məğlubiyyətlərə adət etmiş, itkilər verməkdə davam edən bir toplumdan, qalibiyyət anlayışını unutmuş bir xalqdan müzəffər topluma məhz Ali Baş Komandan İlham Əliyevin sayəsində çevrilə bilmişik. Bu xalq məhz Heydər Əliyev siyasi kursuna sadiq qalan Prezident İlham Əliyevin qətiyyəti ilə, 3 il ərzində düşməni 2 dəfə kapitulyasiyaya məcbur edən qalibə çevrilib. Məhz Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, həyata keçirilən iqtisadi və siyasi islahatların məntiqi nəticəsi olaraq Azərbaycan tarixinin ən güclü dövrünə qədəm qoyub. Bu mənada, qədirbilən Azərbaycan xalqı və xalqın səs hüququna malik 700 min siyasi fəal vətəndaşının birləşdiyi bir partiyanın da növbədənkənar prezident seçkilərində iradəsinin məhz İlham Əliyevin üzərinə fokuslanması çox təbiidir. Bu gün isə biz tam yeni inkişaf dövrünə qədəm qoymuşuq və yeni - qalib və qüdrətli Azərbaycanda Heydər Əliyev siyasi kursu və şəxsən İlham Əliyev siyasi təfəkkürünə, onun müzəffər rəhbərliyinə əvvəlki dövrlərdən daha çox möhtacıq”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI