Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ağdamda mina partlayıb, xəsarət alan var - YENİLƏNİB

Ağdamda mina partlayıb, xəsarət alan var - YENİLƏNİB
5-12-2023, 13:55 115 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ
Ağdamda minaya düşən şəxsin Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olduğu məlum olub.
VETENİM-AZERBAYCANDIR.AZ məlumatına görə, dekabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində 1992-ci il təvəllüdlü Vaqif Sabir oğlu Əkbərov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Bildirilir ki, xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək xəstəxanaya çatdırılıb. Onun sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib.
Vəziyyəti qənaətbəxşdir.
12:55
Ağdamda mina partlayıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə bu gün Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində baş verib.
Minaya düşən şəxsin Vaqif Əkbərov olduğu bildirilir. İlkin məlumata görə, o, ayağından xəsarət alıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI