18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
Savadlı şagird müəlliminin cəmiyyətə verdiyi mükafatdır.
VETENİM-AZERBAYCANDIR.AZ
Bir şagirdin bacarığını üzə çıxarmaq üçün məktəb və müəllimin üzərinə böyük yük düşür. Savadlı şagird isə ibtidai sinif müəlliminin cəmiyyətə verdiyi mükafatdır. Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Flora Alışova sosial şəbəkədə tez-tez Zeynəbnur Əlizadənin rəsmlərini paylaşır və onun uğurları haqqında məlumat yazırdı. Bu bir şagirdin uğuru deyil, müəllimin də uğurudur. Zeynəbnur Ramiq qızı Əlizadə 4-cü sinif şagirdidir. Dərs əlaçısıdır. Maraqlı rəsmlər çəkir,hərdən ilhama gələndə öz yaşı çərçivəsində şeirlər də yazır. 2-ci sınıfdən başlayaraq Xaçmaz rayonunda fəaliyyət göstərən "Uğur", " Xaçmaz" hazırlıq kurslarında keçirilən sınaq imtahanlarında öz bilik səviyyəsini yoxlamış və yüksək nəticə əldə etmışdi.Zeynəbnurun belə bacarıqlı olduğunu görən müəllimi və valideynləri onun dəqiq elmlərə maraq göstərdiyini hiss edir.O, ilk böyük uğurunu FİSO Beynəlxalq Məntiq Olimpiyadasının Respublika turunda qazanır və qızıl medala layiq görülür, bundan sonra onun qarşısına Amerikaya yol açılır. 32 ölkənin qatıldığı Olimpiyadaya 2023-cü ilin may ayında Zeynəbnur online qoşulur. Yaşıdları arasında keçirilən məntiq yarışmasında 25 sualı 25 dəqiqəyə cavablandırmaq lazım idi. Yarışmaçı öz bacarığı ilə işin öhtəsindən qismən gələrək III yeri tutur və bürünc medalla təltif olunur. Balaca həmsöhbətim fikirlərini aydın şəkildə ifadə etməyi bacarır. O, bildirdi ki, "gələcək seçimində dəqiq elmlərə üstünlük verəcək." Bəlkə də mən hazırda gələcəyin Lütfü Zadə davamçısı ilə həmsöhbət olurdum.Atasının işi ilə əlaqədar Xaçmaz rayonunda yaşayan Zeynəbnurun çoxlu rəfiqəsi var. "Dostluq- bir birinə qarışı mehribanlıq və qayğıkeşlikdir" - dedi. "Mən onları unutmayacağam və yay tətilində Xaçmaza gələcəklərini- vurğuladı."Fürsətdən istifadə edib, Flora müəllim haqqında da danışdıq."Flora müəllimə mənim ilk müəllimimdir. Onun sayəsində mən ibtidai biliklərə yiyələnmişəm. O, bizi tez-tez qazilərlə görüşdürür. Onlar bizə iştirak etdiyi döyüşlərdən danışırlar."Balaca qızımız Zeynəbnura dərslərində müvəffəqiyyətlər arzu edirəm. Uğurları bol olsun!
Xoş arzularla...
Gülxar Rəhimli.
Vətənim-Azərvaycandır.az.