18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
Gürcüstanda tolerantlıq zəruri proses kimi dəyərləndirilir
VETENİM-AZERBAYCANDIR.AZ
Gürcüstan Aktiv” Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva
Yüz illərdir dünya qlobalizmin ideyaçılıq prinsipləri ilə üz-üzədir. Bu da labüddür; o səbəbdən ki, dünya – cəmiyyət və vətəndaş maraqları əksər ölkələrdə bu ideoloji proses vasitəsilə ehtiva edilir. Etiraf edək ki, son illər qlobal subyektlərə milli maraqlar prizmasından yanaşılır. Diqqətçəkən haldır ki, bu ictimai-siyasi addım qardaş Gürcüstan Respublikasında da ölkələrarası münasibətlərin formalaşmasında başlıca rol oynayır.Sivilizasiya inkişaf etdikcə, dünya ölkələri, həmçinin Gürcüstan bu inkişafla ayaqlaşmağa cəhd edir. Əlaqələr, münasibətlər və siyasi bağlılıqlar artdıqca, Gürcüstan dünyaya inteqrasiya məsələsində bir zəruri haqq qazanır. Bu ölkənin nümayiş etdirdiyi reallıq beynəlxalq siyasi və mədəni prosesləri də aydın ifadə edir. Məsələn, Gürcüstanın tolerantlıq, multikulturalizm siyasəti bu yöndə tutarlı göstəricidir. Məhz bu düzgün siyasətin nəticəsidir ki, bu gün orada sülh bərqərardır, müharibə pislənir, bütün xalqların dinləri azad şəkildə təbliğ olunur, dünya ölkələri ölkə daxilində öz mənəvi kriteriyalarını sərbəst həyata keçirə bilir.Sevindirici haldır ki, Gürcüstanda yaşayan xalqlarda milli ruhun yüksəldilməsi prosesi ilk gündən sürətli hal alıb, bu istiqamətdə məqsədyönlü fəaliyyətin ideoloji-siyasi istiqamətləri müəyyənləşdirilib. Gürcü xalqı yaxşı bilir ki, milli-mənəvi bütövlüyün möhkəm təməli üzərində qurulan dövlət vətəndaşların əbədi güvənc yeridir. Gürcüstan Respublikası öz dövlətçilik ənənəsini və milli-genetik xüsusiyyətlərini aydın təzahür etdirməklə, dünyadakı yerini möhkəmləndirir. Bu kimi öhdəliklərə standartlar çərçivəsində əməl etməsi adıçəkilən ölkənin qlobal maraqlara sistemli yanaşma tərzini göstərir. Yəni bu ölkənin beynəlxalq siyasi proseslərdə pozitiv diqqət çəkməsi dünya qloballığının bir təzahürü kimi təsir bağışlayır.Yaxud, idmançıların, eləcə də müxtəli ölkələrin mədəniyyət və incəsənət nümayəndələrinin, təhsil işçilərinin və s. Gürcüstanda sərbəst təşəkkül və rahat mənsubolma faktları sərgiləməsi bu məqama xüsusi diqqət çəkir. Bu da o deməkdir ki, qloballaşma və qlobal maraqlar yürütmə hər bir ölkənin özünün prioritet addımlarından, idarəetmə bacarığından asılıdır. Həmçinin, Gürcüstan özünün və dünyanın taleyüklü məsələlərinin həllində, aparıcı layihələrin həyata keçirilməsi işində güclü dövlətlərlə bir arada olur, eyni məntiqi ardıcıllıqla addım atır. Demokratik Gürcüstanda siyasi qloballaşma demək olar ki, göz önündədir, bu ölkə dünyada aparılan geosiyasi proseslərdə öz humanist dəyərlərini ortaya qoyaraq sülhün tərəfdarı kimi çox fəal iştirak edir. Açığı, Tbilisidə “Tolerantlıq Günü” münasibətilə Etnik Azlıqlar Şurasının təşəbbüsü ilə keçirilən tədbirdə də məram, məqsəd və siyasi hədəflər yuxarıda dediyimiz faktlara istinad edir.Tədbirdə etnik azlıqların nümayəndələri etnik qrupa xas olan məişət və tarixi-maddi mədəniyyət nümunələrini təqdim edib, qlobal müstəvidə bərqərar olan situasiyaları inkişaf üçün zəruri addım kimi qiymətləndiriblər.Tbilisi meriyasının nəzdindəki Milli Azlıqlar Şurasının azərbaycanlı üzvü və “Aktiv” Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva Gürcüstanda “Tolerantlıq Günü”nün ənənə halına gəldiyini qeyd edib. Onun sözlərinə görə, Gürcüstan tarixən multikultural və tolerant ölkə olub. Buna misal olaraq P.Sofiyevanın 1918-ci ildə Tiflis qəzası bələdiyyəsinə bitərəf deputat seçilməsinin göstərmək olar. O, dünyada ilk müsəlman qadın olaraq məhz Tiflisdə millət vəkili kimi tarixə düşüb. Bu da o anlama gəlir ki, Gürcüstanda milli azlıqlara diqqət son dərəcə ürəkaçandır. Tədbirdə səmərəli, fəal iştirakına, həmçinin, cəmiyyətdəki qayğıkeşlik nümunələrinə görə Aktiv Azərbaycanlı Qadınlar Assosiasiyasını alqışlamaq lazımdır. Bu təşkilat azərbaycanlı qadınların Tiflisdə sosial zərurətləri üçün dinamik şərait yaradır, onlara irəli getməkdə dəstək verir. Tədbirin gedişi zamanı Gürcüstanda, xüsusən də Tiflisdə yaşayan azərbaycanlı aktiv qadınların fəaliyyəti, dövlətçilik sevgisi nümunəvi iş kimi təqdir edildi, onlara yaradılan imkanların zəruriliyi vurğulandı.