18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
MÜƏLLİM OLMAQ BÖYÜK MƏSULİYYƏTDİR
VETENİM-AZERBAYCANDIR.AZCəmiyeva Sədaqət Əsgər qızı 1975-cı ildə Xaçmaz rayonunda anadan olub. 1982-1992-ci illərdə Xaçmaz şəhər 1 nömrəli orta məktəbdə təhsil almış, 1993-1999-cı illərdə Ali Qızlar Semnariyasının ( indiki Qızlar Universitetinin ) tarix fakültəsini bitirib. Təhsilini qıyabı aldığı üçün 1995-ci ildə Xaçmaz rayonu Sibiroba kənd ibtidai məktəbində ilk əmək fəaliyyətinə başlamışdı. 1998-ci ildə Mehman Babayev adına Xaçmaz şəhər 1 nömrəli məktəbdə tarix dərsini tədris etmiş, 2007-ci ildən isə Akademik Zərifə Əliyeva adına 8 nömrəli lisey-məktəbə yerdəyişmə etmişdır.Hal- hazırda Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 nömrəli lisey-məktəbdə məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı müavin vəzifəsində işləyir. Dioqnostik qiymətləndirmədən 48 bal toplanmışdır.- Sədaqət xanım, bu peşəyə necə gəlməyiniz barədə məlumat verməyinizi istəyirik. - Məktəb illərində mən də başqa həmyaşıdlarım kimi yüksək xəyallar qururdum. Nəhayət, böyüdüm və peşə seçmək məqamına gəlib çatdım. İnsanı məcbur olduğu deyil, sevdiyi sənəti ucaldır. Xəyallarımın ardınca gedib müəllim olmaq istərdim. Və müəllim olmaq üçün əlimdən gələni əsirgəmədim. İlk test imtahanı ilə Qızlar Universitetinin tarix fakültəsinə daxil oldum. Ilk əmək fəaliyyətinə başladım. Və bildim ki, müəllim olmaqda ən düzgün seçim etmişəm,. mən uşaqları, onlarla ünsiyyəti sevirəm. - Deyirlər ki, hər bir müəllim öz fənnini ən yaxşı fənn hesab edir. Bəs, sizin bu fikrə münasibətiniz necədir ?
- Bəli, həqiqətən də, bu, belədir. Tarixi hadisələri öyrənmək, hadisələri təhlil etmək və oxuduğum tarixi əsərlərdən zövq almağım bu fənni mənə sevdirib. Öncə söylədiyim kimi, lap uşaqlıq illərindən bu fənnə böyük sevgim olub. Amma, başqa fənlərə marağım olsa da, o fənləri tarix qədər öyrənə bilməmişəm.
Bu peşə çox zəhmət tələb edən bir işdir. Artıq indi hiss edirəm ki, uşaqlarla işləmək məndə bu peşəyə böyük həvəs və sevgi yaradıb. XXI əsrin müəllimi olmaq isə, sözün əsl mənasında, böyük zəhmət və iradə tələb edir.
- Müəllimin iş günləri çox zəngin olur. Hər gün dərslər, digər məktəb işləri, valideynlərlə görüş, pedaqoji şuralar, iclaslar və s. Bəs iş günündən sonra gərginliyi ən yaxşı nə azaldır?
- Bəlkə də, şagirdlərlə ünsiyyət, dərs prosesi mənəvi rahatlıq verir desəm, təvazökarlıqdan uzaq olar. Buna baxmayaraq, bir müəllim kimi gərgin vaxtlarım çox olur.
- Müəllim olmaq sizin üçün nə deməkdir? Sizin özünüzə nümunə hesab etdiyiniz müəllim olub?
- Müəllim olmaq böyük məsuliyyətdir. Bu, ən əhəmiyyətli və nəcib peşələrdən biridir. Düşünürəm ki, müəllim yalnız effektiv təhsil və təlim modelini həyata keçirən deyil, o, eyni zamanda uşaqları sevən, onların şəxsiyyətinə hörmətlə yanaşan, daim inkişaf edən və ruhən zəngin bir insandır. Mən həm məktəb, həm də tələbəlik illərində gözəl müəllimlərdən dərs və tərbiyə almışam.
- Sizin peşə ustalığı ilə bağlı sirləriniz varmı?
- Mənim bir yolum var, o da, vicdanla işləməkdir. Açığını deyim ki, mənə təbiət tərəfindən hansısa qeyri-adi bir istedad verilməyib. Özümü kəşf etməkdə təşkilatçı müavin olmağım böyük rol oynadı. 2017-ci ildən Xaçmaz şəhər 8 nömrəli lisey- məktəbdə təşkilatçı müəllim, daha sonra isə 2019-cu ildən isə direktor əvəzi çalışdım. Məsuliyyətim artdı. Böyük kollektiv, şagird kontingentinin məsuliyyətini üzərimə götürmək elə də asan olmadı. Amma mən üzərimə düşən işin öhdəsindən layiqincə gəldim. Məktəbimiz hər il yüksək göstəriciləri ilə fərqləndi. Hər il məktəbimizdən 600-dən yuxarı bal toplayan məzunumuz olur. 9-cu sinifdə 12, 11-ci sinifdən də həmçinin 12 şagirdimiz fərqlənmə atesstatı ilə təhsilini başa vurdu.
2019-2020-ci tədris ilində fənn olimpiadasında şagirdimiz İsrafilov Nəriman bürünc medala, 2020-2021-ci tədris ilində isə coğrafiya fənni üzrə qızıl medala layiq görülən Fərhad Bəkirov olmuşdur. Biologiya fənni üzrə İlqar Dadaşov 3-cü yeri tutmuşdur. 2021-22-ci tədris ilində şagirdimiz Bəkirov Fərhad ikinci dəfə qızıl medala, İsrafilov Nəriman bürünc medala, Dadaşov İlqar isə 3-cü yerə layiq görülmüşlər.
Inşa müsabiqələrində, intellektual yarışmalarda məktəbimizin şagirdləri həmişə fərqlənmişlər. ” düşünən oxuçu” musaqibəsində yer tutan Əliyeva Nigar hal-hazırda 11 sinifdə oxuyur.
- Sizin fikrinizcə müasir şagirdin siması necə olmalıdır?
- Fikrimcə, müasir şagird məktəbdən sonrakı həyatını necə qurmaq və ya bununla bağlı seçim etmək üçün çoxlu oxumalı və öyrənməlidir. İndi texnologiyanın sürətli inkişafı gələcək üçün bir çox yeni sahələr, peşələr yaradır və yaradacaq. Bu gün aktual olan peşələrə yaxın gələcəkdə ola bilsin ehtiyac belə qalmasın. Onlar istəklərini, qabiliyyətlərini və imkanlarını nəzərə alaraq seçim etməlidirlər. Günümüzün şagirdi özünü başa düşməli, ona nə lazım olduğunu dərk edərək öz gələcək yolunu özü seçməlidir. Bu yol isə öncə söylədiyim kimi, oxumaqdan və öyrənməkdən keçir.
-Sədaqət xanım, əməyiniz necə dəyərləndirilir?
-Mənim əməyimin dəyəri təbii ki, dərs dediyim şagirdlərin adının yüksək səviyyəli ali məktəblərdən gəlməsidir. Ancaq dəyər, əməyə qiymət vermək adamı daha səylə çalışmağa sövq edir. Xaçmaz RİH-n başçısı cənab Elnur Rzayev tərəfindən Fəxri Fərmanla təltif olunmağım məni çox sevindirir. Digər Fəxri Fərman və diplomlarım da var ki, bunlar da pedaqoji fəaliyyətimə verilən mükafatdır.
-Sədaqət xanım, ailənizlə bağlı nə deyə bilərsiniz?
Ailə Azərbaycan xanımı üçün müqəddəs ocaqdır. Mənim ocağımda 3 övlad böyüyür. Həyat yoldaşım I Qarabağ müharibəsi iştirakçısıdır. Qızım tibb işçısıdır, ailəlidir, bir nəvəm var. Böyük oğlum isə Dövlət Sərhəd Qoşunlarının zabitidir. Dövlətə, Vətənə layiqincə xidmət edir. Kiçik oğlum isə orta məktəbdə oxuyur.
Sədaqət xanım, maraqlı müsahibəyə görə sizə öz təşəkkürümü bildirir, işlərinizdə uğurlar diləyirəm.
Xoş arzularla…
Gülxar RƏHİMLİ,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Vətənimdir-Azərbaycan.az