17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
İRANLI YAZARIMIZLA TANIŞLIQ :
İRANLI
-------------
YAZARIMIZLA
--------------------------
TANIŞLIQ :
---------------------
İlahə Ibrahimi fərdə ümud qizi
Ərdəbil şəhərində orta məktəbi bitirdikdən sonra müəllim hazırlığı mərkəzində və müxtəlif şəhərlərdə, o cümlədən Parsabad, Meşkin, Kərəc və Tehranda müxtəlif məktəblərdə direktor müavini kimi bakalavr dərəcəsi alıb. Təhsil Nazirliyinə bağlı mərkəzin rəhbəri, müəllim işləmiş və 30 yaşında Tehranda beynəlxalq hüquq üzrə magistr dərəcəsini bitirmişdir.
Uşaqlıqdan şeirə, ədəbiyyata böyük həvəsi olub, intellektual qayğısı həmişə Azərbaycan və türk dilləri olan ana dilini yaşatmaq olub.Ona görə də uşaq şeirləri və ədəbiyyatı sahəsində daha fəal olmağa çalışır. Ana dilli Türk uşaqlarını görəndə, uşaqların oxuduqları şeirlərin 50 -100 il keçmişə aid olduğu üçün o,10 il əvvəl “Çöy qurşaqi” adlı türk uşaq şeirləri toplusu olan kitabı yazmağı qərar verdi.
Hazırda daha çox farsdilli cəmiyyətlər olan müxtəlif ədəbi birliklərdə ana dilimizi yaşatmaq üçün türkcə şeirlər söyləyir və yazır. Şeirləri hər ay Tehranda çıxan “Mehd Təmdan” qəzetində çap olunur. Bu yaxında iki kitabı “Əvaye Arameş” və "Ava Bərtər" Azərbaycan dilində çap olunacaq.
İranın rəsmi dili fars dili olduğu üçün o türkcə şeirlərini bir dəfə fars əlifbası ilə yazır və paralel olaraq, Latın qrafikalı Azərbaycan əlifbası ilə tərcüməsini yazır ki, İranda yaşayan gənc azərbsycanlılar doğma ana dilimizi unutmasınlar.
Çox acınacaqlı haldır ki, 50 milyona yaxın həmvətənlərimizin yaşadığı bir məmləkətdə Azərbaycan dilində bir dənə də olsun məktəb yoxdur. Vətənpərvərliyinə və ana dilimizi yaşadıb yaydığına görə biz də İlahə xanıma yeni - yeni yaradıcılıq uğurları arzulayırıq.
REDAKSİYADAN
---------------------------
GÜNƏŞ
---------------
Mən Günəşəm yox tayım,
Mənə qardaşdır Ayım.
Əridərəm buzları,
Rahatca axar çayım.
Mən olmasam nur olmaz,
Çaylar - sular gur olmaz.
Mənim istim olmasa
Sünbüllər dənə dolmaz.
Yer gücün məndən alir,
Ağaclar kölgə salır.
Buzları əridəndə,
Qış yaman fikrə dalır.
Ay qündüz məndən qaçir,
Səhəri diri açır.
Gecə ayin yaninda
Ulduzlar işıq saçir.
Məni sevir bağça - bağ,
Ağ kürkün soyunur dağ.
İlahə bostanımda,
Yetişdirir təzə tağ.
-------------------
İLAHƏ İBRAHİMİ
SÖYÜD
Yollarda bitib söyüd,
Dəni dəyrmanda üyüd,
Atamdan aldım öyüd,
Sənin kölgəndə söyüd.
Gölün, çayın kənarı,
Gördüm söyüd, çinarı.
Günəş əridib qarı,
Sənin kölgəndə söyüd.
Neçə sevgiyə şahid,
Yaddaşlarda yaşa, bit.
Dincini alır zabit,
Sənin kölgəndə söyüd.
Yel əsəndə saçların,
Nəğməsi olur tarın.
Аşiq gözləyir yarın,
Sənin köldəndə söyüd.
Bilirsiz nədir qorxum ?
Yağmasa, bitməz toxum,
Su olub arxdan axım,
Sənin kölgəndə söyüd.
İlahə İbrahimi
ANA DİLİM
Ana dilim təmizdir,
Ana kimi əzizdir,
Dilini danan insan,
Qanın da natəmizdiг !
Körpə qığıltısında,
Xəstə zığıltısında,
Qulaq uğultusunda,
Ana dilim əzizdi.
Ağsaqqalın sözündə,
El - obanın gözündə,
Söz mülkünün özündə
Ana dilinm əzizdir.
Əzizləyək, bəsləyək,
Dilim deyil kəpənək,
Qopara bilməz külək,
Ana dilinm əzizdir.
Anadır Azərbaycan,
Doğma dildə deyək can,
Uğrunda sinə gərib,
Hazıram ki tökəm qan,
Ana dilinm əzizdir.
İlahəyəm elimdə,
Ana dili dilimdə,
Coşan dillər selində,
Ana dilinm əzizdir.
--------------------
İlahə İbrahimi