18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
Elm və Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VII Qrant müsabiqəsinin qalib layihəsi “Gənc animatorlar klubu”15 sentyabrdan etibarən öz fəaliyyətinə başlamışdır.
VETENİM-AZERBAYCANDIR.AZ
Azərbaycan Respulikası Elm və Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VII Qrant müsabiqəsinin qalib layihəsi “Gənc animatorlar klubu”15 sentyabrdan etibarən öz fəaliyyətinə başlamışdır.Layihənin rəhbəri Aynur Əliyeva VII Qrant müsabiqəsində təqdim olunan mövzulardan Texnoloji inkişafın son nailiyyətlərinin və rəqəmsallaşdırılmış məzmunun təhsildə tətbiqini əhatə edən mövzulardan Onlayn öyrənmə platformaları, tətbiqlər (applications) və artırılmış reallıq texnologiyaları vasitəsilə öyrənmənin təşkili,STEAM, kodlaşdırma, animasiya proqramları, robototexnika və digər bu kimi istiqamətlər üzrə məşğələlərin təşkili istiqamətində animasiya proqramlarının məktəb şagirdlərinə öyrədilməsi və bu proqramların dərslərdə tətbiqinə dair “Gənc animatorlar klubu”ideyası ilə layihə qalibi olmuşdur.28.09.2023cü il tarixinsə saat 14 :00da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant müsabiqəsinin qalib layihəsi "Gənc animatorlar klubu"nun açılış mərasimu baş tutmuşdur.Tədbirdə Göyçay Rayon Təhsil Sektorunun nümayəndəsi,Göyçay və Ucardan olan direktor və müəllim heyyəti iştirak etmişlər.İştirakçıkara layihə və məktəb haqqında məlumatlar əks olunmuş bukletlər paylanmışdır.Açılışı qalib layihənin rəhbəri Aynur Əliyeva etdikdən sonra Azərbaycan Reapublikasının Dövlət Himni səsləndirilmiş,torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.Layihə rəhbəri layihənin məqsəd və vəzifələrindən,iş prinsipindən,alınacaq nəticələr haqqında tədbir iştiraklarına məlumat vermişdir.Sonra Təhsil Sektorunun nümayəndəsi çıxış etmiş,məktəb direktorları və digər müəllimlər də layihə haqqında öz fikirlərini söyləmiş və layihə rəhbərinə işlərində uğurlar arzu etmişlər. Müasir təlimin şagirdyönümlük və tələbyönümlükprinsiplərinə əsaslandığını qeyd etmək lazımdır ki,təhsilislahatlarının əsas məqsədlərindən biri də cəmiyyətin maraq və tələbatını,eyni zamanda təhsilalanın mənafeyinə,maraq və tələbatlarının ödənilməsinə,istedad və qabiliyyətinin,potensialimkanlarının və bilik səviyyələrinin inkişafına xidmət etməsidir. Dərs nə qədər şagirdlərin marağına uyğun təşkil edilərsə, nə qədər onların tələbatları ödənilərsə,bir o qədər də onların həyatda öz mövqelərini müəyyən etmələrinə kömək etmiş olar.Əgər şagirdin dərsə marağı olmazsa və həmçinin dərsdə qarşıya qoyduğumuz problem onların maraqlarını cəlb etməzsə, dərsi qavramaqda problem yaşayacaqlar.Əsas məsələ şagirdin maraq dairəsini və eyni zamanda potensialını nəzərə almaqla onlarda dərsə qarşı maraq oyatmaqdır.Həmçinin qeyd etmək lazımdır ki, müasir dövrdə sürətlə inkişaf edən yeni nəslin təlimə,kitab oxumağa marağının azalmasını müşahidə edirik.Texnologiya inkişaf etdikcə sinif mühiti və ənənəvi dəftər-kitab mühiti şagirdlər üçün cansıxıcı olmağa başlayır.Əsrimizin şagirdlərinin maraq dairəsi,dünyagörüşü,təlimə və təhsilə münasibətləri fərqlidir.Onlar təkrar olunan nələrdənsə tez bezir və yorulurlar. Bu layihəni həyata keçirməklə bir çox fənnə marağı daha da artırmaq mümkün olacaq. Şagirdlər fənləri əylənərək və sevərək öyrənmiş olacaqlar. Öyrənmə prosesi mürəkkəb prosesdir.Bununla yanaşı qeyd etmək lazımdır ki,hər bir şagird mövzunu müxtəlif yollarla öyrənir.Əgər dərsi yalnız kitabdan oxumaqla öyrətməyə çalışsaq,o zaman digər öyrənmə tərzlərinə sahib olan şagirdlər üçün dərs maraqsız olacaq. Dünya əhalisinin 65%-i vizual öyrənənlər olduqda, animasiya uşaqların öyrənməsi üçün olduqca faydalı olur. Tədrisdə animasiyadan istifadə etmək də daha dəyərlidir, çünki beyinə ötürülən məlumatın 90%-i vizualdır. Məşhur Amerika pedaqoqu Edqar Deyl şagirdlər arasında təcrübə keçirmiş və təcrübənin nəticəsində müəyyən olunmuşdur ki, danışıb-eşitdikdə 3 saatdan sonra xatırlama 25%, 3 gündən sonra isə 10-20% ,yazıb-oxuyan zaman 3 saatdan sonra xatırlama 72%, 3 gündən sonra isə 10% təşkil edirdi.Ancaq vizual məlumatın xatırlanması 3 saatdan sonra 80% və 3 gündən sonra isə 65% idi. Görünən odur ki, vizual ötürülən məlumat daha çox və uzun müddətə yadda qalır. Hər hansı bir akademik oxu nəzəriyyəsinə ehtiyac yoxdur, uşaqlar əyləncəli, lakin maarifləndirici animasiya videolarını düzəldərək həm kəşf edir,həm oxuduqları hekayələri animasiya şəklinə salır,həm də yaratdıqları animasiyaya baxaraq öyrənirlər. Beləliklə, şagirdlərin əksəriyyəti yaratdıqları cizgi videolarından həzz alır, çünki onlar sadə şəkillərdən daha çox vizualları səs və hərəkətlə birləşdirirlər. Animasiyanın səsləndirilməsi də şagirdlərin öz səsləri ilə olanda daha effektiv iş alınır.Şagirdlər hər hansı bir hekayəni oxuyandan sonra onun animasiyasını quracaqları üçün oxumağa maraqlı olurlar. Qurulmuş animasiyaya baxmaqla həm də vizual olaraq yaddaşı möhkəmləndirmək mümkündür. Edqar Deyl şagirdlər arasında vizuallaşdırmanın şagirdlərin anlamasını təmin etmək üçün böyük əhəmiyyətlərindən biri də o, uşaqların görə biləcəyi konkret formada mücərrəd anlayışları izah edə bilir. Şagirdlər bunu başa düşmək üçün hadisələrin baş verdiyini izləməlidirlər. Cazibədar və stimullaşdırıcı illüstrasiyalar vasitəsilə animasiya quru məzmunun və ya texniki mövzuların cansıxıcılığı ilə mübarizə aparır. Mən layihəni işlədiyim Göyçay şəhər M. Füzuli adına 6 nömrəli tam orta məktəbin təhsil alanlarına tətbiq olunmasınıplanlaşdırıram. Məktəbdə “Gənc animatorlar klubu” yaratmaqla buna maraq göstərən şagirdləri bu klubda bir araya gətirmək və onların bu istiqamətdə bilik və bacarıqlarını artırmaqdır. Məktəbdə “Gənc animatorlar klubu”na 5-11-ci sinif şagirdləri cəlb ediləcək. Növbəti tədris ilində həmin siniflərdə 330 şagirdin təhsil alacağını nəzərə alaraq kluba ən azı 60 nəfər şagirdin cəlb olunacağını nəzərdə tuturam. Şagirdlər maraq göstərərsə, hədəf kütləsini daha da artırmaq olar.Layihə 4 hissədən ibarət olacaq.1.Hazırlıq və animasiya proqramlarını tədris etmək üçün müəllimin seçim mərhələsi.2. Məktəbdə şagirdlərə animasiya proqramlarını öyrətmək üçün məşğələlərin keçirilməsi.
3. Məşğələlər bitdikdən sonra animatorların festivalının təşkil edilməsi və festivalda qalib olan şagirdlərin hədiyyələr və sertifikatla təmin edilməsi.
4. Sonda layihənin yekun mərhələsi olaraq hesabatların hazırlanaraq aidiyyəti üzrə təhvil verilməsi nəzərdə tutulur.
Layihənin məqsəd və vəzifələri
Layihənin məqsədi XXI əsrin bacarıqlarından sayılan yaradıcı təfəkkürü və kommunikasiya bacarıqlarını inkişaf etdirmək, tədris olunan fənlərə marağı artırmaq, paylaşılan öyrənmə təcrübəsini təşviq etmək, şagirdlərdə diqqət dağınıqlığını aradn qaldırmaq və özgüvən yaratmaqdır.
Layihənin vəzifələri :
1. Animator şagirdin tətbiq etdiyi animasiya ilə təlimin digər şagirdlər üçün maraqlı etməsi.
2. Təlimdə şagirdlərin İKT- dən geniş istifadə etməsi.
3. Şagirdlərdə yaradıcı təfəkkürü, 4K bacarıqlarını formalaşdırmaq.
4. Şagirdlərin intellekt səviyyəsini təkmilləşdirmək.
5.Şagirdlərin təqdimat bacarığını formalaşdırır.
6. Şagirdlərin tənqidi düşünmə bacarığını artırır.
7. Şagirdlərdə nitqi formalaşdırır.
Layihənin icra müddəti 15 sentyabr 2023-cü il tarixindən 15 dekabr 2023-cü il tarixinə kimi (3 ay) planlaşdırılır. Layihənin hazırlıq mərhələsi 15 sentyabr 2023-cü il tarixdən 30 sentyabr 2023-cü il tarixə kimi davam edəcək. Məşğələlərin keçirilməsi 02 oktyabr 2023-cü il tarixindən 01 dekabr 2023-cü il tarixinədək davam edəcək. 04 dekabr 2023-cü il tarixdə Animatorların festivalı keçiriləcək. 05 dekabr 2023-cü il tarixindən 15 dekabr 2023-cü il tarixinə qədər layihənin yekun mərhələsi olacaqdır.
Gözlənilən nəticələr
Animasiyaların qrafikası iştirakçıları mövzu haqqında daha çox öyrənməyə təşviq edəcək. Animasiyaya əsaslanan öyrənmə fəal öyrənmə mühiti yaradır.Animasiyaya əsaslanan öyrənmə şagirdlər üçün interaktiv, cəlbedici və xoş öyrənmə mühiti yaradacaq. Şagirdlərin İKT biliyi və bacarıqları artacaq.Bununla yanaşı özləri animasiya yaratdıqları üçün stimul alacaqlar ki, bu da özgüvənin artmasına səbəb olacaq.Yaratdıqları animasiyanı müzakirə zamanı nitq inkişaf edəcək,eyni zamanda qrupla fəaliyyət göstərdikləri üçün komunikasiya və əməkdaşlıq bacarıqları formalaşacaq. Ümumilikdə animasiyaya əsaslanan öyrənmə motivasiyasını təşviq etməkdə böyük rol oynayır. Bundan əlavə, şagirdin tədris olunan mövzuya olan marağı onların motivasiyasınabirbaşa təsir göstərəcək.
Hal-hazırda layihənin təlimləri uğurla davam etdirilir.