23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
22:59 - Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi AÇIQLANDI
17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
Vətən haqqınız ödənməz!
VETENİM-AZERBAYCANDIR.AZÇox maraqlı nüans yaranıb. Biz illərdir Qarabağ məsələsindən, onu törədənlərin cəzalandırılmasından danışdıq. Amma məsələ uzandıqca uzanırdı.
Sentyabrın 19-dan 20-nə keçən gecə yenə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror əməliyyatları növbəti qələbəni bizə yaşatdı.…Ermənilərin bizə qarşı etnik təmizləmə siyasəti 200 ildən çoxdur ki, mərhələli şəkildə həyata keçirilir. Bu mərhələnin böyük bir hissəsi ötən əsrin 80-ci illərindən başladı. Müstəqilliyini yenicə bərpa etmiş bir ölkə üçün düşmənlə döyüşmək, qaçqın və köçkünləri yerləşdirmək elə də asan deyildi.
Belə bir dönəmdə hər kəs Vətənə yardım üçün ayağa qalxmışdı. Vətənini sevən igidlərdən biri də Quba-Xaçmaz Regional Mədəniyyət şöbəsi Canaxır kənd Sənətkarlıq klubunun direktoru Cabarov Zakir Müştaq oğludur.
Zakir Cabarov əslən Quba rayonunun Rük kəndindəndir. O, 1965-ci ildə Quba rayonunda anadan olduqdan sonra ailəsi ilə birgə Xaçmaz rayonuna köçüb. 1983-cü ildə Xaçmaz şəhərindəki C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır və xidmətini o vaxtkı Sovet Ordusunda Vladivostok şəhərində gerçəkləşdirir. Xidmətdən qayıtdıqdan sonra Kənd Təsərrüfatı Texnikumunun mexanika şöbəsini bitirir.
1988-ci ildən isə bədnam qonşularımız soydaşlarımızı Ermənistandan çıxarır, xain əməllərindən əl çəkmirlər. Onlar evləri yandırır, əhalini isti yurd-yuvalarından dərbədər edirlər.Yenicə müstəqillik əldə edən Azərbaycanın səriştəsiz dövlət idarəetməsi, ordu quruculuğundakı pərakəndəlik təpədən dırnağa kimi silahlanan ermənilərin qarşısında duruş gətirməyi mümkünsüz etmişdi. Lakin vətənpərvər oğullarımız Vətənin keşiyində durmağa canla-başla hazır idilər. Elə Zakir Cabarov kimi.
O, 1991-ci ildə Daxili Qoşunların nəzdində könüllü olaraq birbaşa Şuşaya gedir. Bir müddət orada döyüşdükdən sonra 1992-ci ildə Ağdərə rayonunun Dəmirli, Daşaltı kəndlərində döyüşlərdə iştirak edir. Fizuli, Ağdam istiqamətində gedən döyüşlərdə də silahdaşlarının yanında yer alır.
Müharibə sözünün öz ağırlığı, çəkisi var. 1994-cü ildə Ulu öndər Heydər Əliyevin səyi ilə atəşkəs əldə edilsə də azğınlaşmış düşmən mütəmadi olaraq mövqelərimizi atəşə tutur, tez-tez şəhid xəbərləri də gəlirdi.
27 sentyabr 2020-ci il isə bıçağın sümüyə dirəndiyi gün oldu. İşğalçı Ermənistanın növbəti ağır təxribatına cavab olaraq Azərbaycan Ordusu torpaqların azad edilməsi üçün hərəkətə keçdi. Və 44 gün ərzində düşmən məğlub oldu.
Bu döyüşlər zamanı Zakir Cabarovun oğlu Nahid də hərbi xidmətdə, düşmənlə üz-üzə idi. O, Xocavənd, Hadrutun Tuğ kəndi ətrafında, Qubadlıda – Həkəri çayı yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Atasının yarımçıq qoyduğu işi tamamlamaq oğul kimi onun boynunun yükü imiş.
Nahid hərbi xidmətdə baş mexanik vəzifəsində çalışıb. Xidməti müddətində Fəxri fərmanlar və ordenlərə layiq görülüb, komandiri Mayis Bərxudarov tərəfindən Təşəkkürnamə ilə təltif olunub.
Nahidin belə qəhrəman yetişməsində təbii ki, gendə olan qəhrəmanlıq amili durur. 2-ci Dünya Müharibəsi iştirakçısı olmuş babası Müştaq kişinin nəvəsi necə olmalı idi ki?
Baba – Müştaq Cabarov: 2-ci Dünya Müharibəsi iştirakçısı;
Ata – Zakir Cabarov: I Qarabağ müharibəsi iştirakçısı;
Oğul – Nahid Cabarov: II Qarabağ müharibəsi veteranı…
Bəli, ot kökü üstə bitər deyənlər haqlı imişlər. Biz Cabarovların timsalında bir döyüşçü ailəsinin qısa tarixçəsi ilə tanış olduq…
Bacarıqlı əllər
Zakir Cabarov həm də Xaçmaz Uşaq Yaradıcılıq Mərkəzində dərnək rəhbəridir. Zakir müəllimin gözəl səsi, gözəl əl işləri var. Onun hazırladığı maketlər müxtəlif müsabiqələrdə yer tutmuş, diploma layiq görülmüşdür.
Artıq 2 ildir üzərində işlədiyi “Şəhidlik zirvəsi“ abidəsi Canaxır kənd Sənətkarlıq Klubunun həyətində ucaldıldı. Abidədə son tamamlama işləri aparıldı və noyabrın 8-i Zəfər Gününə açılışı oldu. Açılışda şəhid və qazi ailələri, mədəniyyət və təhsil işçiləri iştirak edirdi. Kəndin girəcəyində yerləşən möhtəşəm abidə şəhidlərimizə verilən dəyərin bariz nümunəsidir.
Həm tarix yazır, həm də tarixdə qalmaq üçün abidə yaradır Zakir Cabarov.
Nahid Cabarov isə hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini yenidən davam etdirdi və lazım gələrsə yenidən Vətənin keşiyində durmağa hazırdır.
Milli qürür, milli dəyərlər daim üstün tutulur bu ailədə. Həmişə belə qalın.
Gülxar Rəhimli.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Vətənim- Azərbaycandır.az.
Xaçmaz.