18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
QAZİLƏRİMİZİ TANIYAQ. 44 günə tarix yazanlar.
VETENİM-AZERBAYCANDIR.AZ🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿44 günlük Vətən Müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar.Bu gün Azərbaycanımızın dilbər guşələrindən biri olan Quba rayonundan olan belə qorxmaz, igid oğullarımızdan biri, Vətən müharibəsi iştirakçısı, Qazi İsmət Əhmədov haqqında bəhs edəcəm. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə qoşulan Azərbaycan oğulları sırasında məhz onun da imzasının olması bizlər üçün çox qürurverici bir hissdir. İsməti bir neçə il öncədən tanıyıram və istəyirəm onun haqqında sizlərə də məlumat verim.
İsmət Kamal oğlu Əhmədov, 17.11.1996-cı ildə Quba rayon Xınalıq kəndində anadan olmuşdur. Orta təhsilini yaşadığı Xınalıq kəndində alır. 2014-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının "Təhsildə sosial-psixoloji xidmət" ixtisasına qəbul olunur və 2018-ci ildə həmin universiteti bitirir. 2018-ci ildə Lənkəran Dövlət Universitetinin "İbtidai sinif müəllimliyi" ixtisasının "İbtidai sinifdə tədrisin metodika və metodologiyası" ixtisaslaşması üzrə magistratura pilləsi üzrə təhsilimi davam etdirir. 2020-ci ildə həmin universiteti maqistratura pilləsi üzrə başa vurur. 2020-ci ildə hərbi həqiqi hərbi xidmətə yollanır. Və 2020-ci il Sentyabr ayın 27-si günü başlayan II Qarabağ müharibəsinin iştirakçı olur. Minlərlə Vətən oğlu kimi İsmət də
müharibənin ilk günündən cəbhə xəttində Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad olunması uğrunda Tərtər-Ağdərə və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə əsgər və zabit yoldaşları ilə çiyin-çiyinə vuruşaraq düşmənin canlı və cansız qüvvələrini məhv edərək Azərbaycanın ərazi bütövlüyünü cəmi 44 gün ərzində yenidən bərpa edənlərin sıralarında olur. Qazi qardaşımız qeyd edir ki, "müharibə dönəmində bir şeyi bilirdik ki, şəhid olsaq da belə bizim qisasımızı alacaq, torpaqlarımızın bir qarışını belə düşmən tapdağı altında qalmasına yol verilməyəcəkdir. Azərbaycanın vətənpərvər oğulları vardır. İşğal olunmuş ərazilərimizi düşmən işğalından azad etdikcə, çiyin - çiyninə vuruşduğumuz əsgər və zabitlərimizin şəhid olmasına baxmayaraq biz böyük ruh yüksəkliyi ilə öz missiyamızı layiqincə yerinə yetirdik".
Allah belə qəhrəman oğullarımız yar olsun. Dövlətimiz də zəfər yolçusu olan qazılıərimizdən öz diqqətini heç zaman əsirgəmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 dekabr tarixli 2353 nömrəli sərəncamı ilə İsmət Əhmədov “Cəsur döyüşçü” medalı və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Növbəti təqdirəlayiq addım isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, dosent Yusif Alıyevdən gəldi. Vətən müharibəsi iştirakçısı,
qazi İsmət Əhmədov bir zaman təhsil aldığı Quba filialının Pedaqoji və ictimai fənlər kafedrasında 2021/2022-ci tədris ilində müəllim kimi fəaliyyətə başladı. Qürur duyuruq səninlə qardaşım, elmi və iş fəaliyyətində uğurlar arzu edirik. Hər zaman öndə olmanı və daima uğurlara imza atmağını diləyirik. Vətən sizin kimi oğulları ilə bu qalibiyyət sahibİ oldu. Müstəqil Azərbaycanın bundan sonrakı tərəqqi yolunda, inkişaf istiqamətlərində sizə bol-bol uğur can sağlığı arzu edirəm.
Nəhayət Şirinova.
ADPU Quba filialının əməkdaşı.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.