Şəhidlərimiz.
Məğrur baxışlarla zirvədən baxan,
Koroğlu qeyrətli şəhidlərimiz.
Bayrağa bürünüb, məzarda yatan,
Mübariz cürətli şəhidlərimiz.
Vətən qoxusunu torpaqdan alıb,
Düşmənin qəlbinə vəlvələ salıb.
Samiri, Valehi, Pərvizi anıb,
Polad iradəli şəhidlərimiz.
Babək yerişiylə döyüşə getdi
Torpaq həsrətinin kamina yetdi,
Sonra da qərənfil gülündə bitdi,
Şir, pələng ürəkli şəhidlərimiz,
Gedəndə çevrilib arxaya baxdı.
Həsrətli baxışı yandırıb yaxdı.
Cəsarət donunu əyninə taxdı,
Cəbrayıl hünəri Şəhidlərimiz.
Oğuz igidləri vətəndə çoxdur,
Qartal qanadları düşmənə oxdur,
Qanından, candan qorxusu yoxdur,
Cənnət məkanlıdır şəhidlərimiz.
Şəhid oğullar.
Bir ömür boyunca borcluyuq sizə,
Qəhrəman oğullar, şəhid, oğullar,
O ulu dağları qaytardız bizə,
Qəhrəman oğullar, şəhid, oğullar
Qar, yağışda səngərlərdə yatdılar,
Cəsarət mülkündə at oynatdilar
Cavan canlarını oda atdılar,
Qəhrəman oğullar, şəhid oğullar,
Analar köksündə nalə oldunuz,
Ay üç min Şəhidim, harda qaldınız.
Poladın, Mübarizin qanın aldınız
Qəhrəman oğullar, şəhid oğullar.
Ömrü yaşamamış solsada ancaq,
Şuşa qalasında İziniz qalacaq.
Daha qartallar da sərbəst uçacaq
Qəhrəman oğullar, şəhid oğullar.
Sevğilin həsrəti hər an çəkəcək,
Məzarını hər gün gəlib öpəcək
Gül çiçəkdən iyini alıb gedəcək,
Qəhrəman oğullar, şəhid oğullar
Analar yanar ağlar,
Ağılar deyib ağlar.
İgid bala itirən,
Qaralar geyib ağlar.
O cavan ruhumu qocaldan oğul,
Qara saçlarımı ağardan oğul,
Məni zirvələrə qaldıran oğul
Qəhrəman oğullar, şəhid oğullar.
Qoşa ağlayaq.
Əl boyda ürəyin dağ boyda dərdi,
Gəl ataq sulara, sellər aparsın
Axan göz yaşının, yolun bağlayaq
Bir kimsə bilməsin qoşa ağlayaq
Kolların dibini gəzib dolaşaq,
Bənövşə gülündə nişan axtaraq
Enək məzarlığa o şəkli tapaq
Öpüb gözlərindən qoşa ağlayaq.
Saralıb solmusan, yox belə olmaz,
Bu dünya onsuzda heç kəsə qalmaz
Bu dərdin sirrini pünhan saxlayaq
Bir kimsə bilməsin, qoşa ağlayaq.
Atmırsan könüldən qüssəni, qəmi,
Süzülür gözündən həsrətin nəmi,
Bu həsrət odundan ayıraq səni,
Sonra da oturub qoşa ağlayaq.
Qizqayıt, bu dərdin əlacı yoxdur,
Bu kəlmə qəlbimə sancılan oxdur.
Bir ömür boyunca yenə axtaraq
Tapmasaq oturub qoşa ağlayaq.
Şəhid oğullar
Bir ömür boyunca borcluyuq sizə,
Qəhrəman oğullar, şəhid, oğullar,
O ulu dağları qaytardız bizə,
Qəhrəman oğullar, şəhid, oğullar
Qar, yağışda səngərlərdə yatdılar,
Cəsarət mülkündə at oynatdilar
Cavan canlarını oda atdılar,
Qəhrəman oğullar, şəhid oğullar,
Analar köksündə nalə oldunuz,
Ay üç min Şəhidim, harda qaldınız.
Poladın, Mübarizin qanın aldınız
Qəhrəman oğullar, şəhid oğullar.
Ömrü yaşamamış solsada ancaq,
Şuşa qalasında İziniz qalacaq.
Daha qartallar da sərbəst uçacaq
Qəhrəman oğullar, şəhid oğullar.
Sevğilin həsrəti hər an çəkəcək,
Məzarını hər gün gəlib öpəcək
Gül çiçəkdən iyini alıb gedəcək,
Qəhrəman oğullar, şəhid oğullar
Analar yanar ağlar, Ağılar deyib ağlar.
İgid bala itirən, Qaralar geyib ağlar.
O cavan ruhumu qocaldan oğul,
Qara saçlarımı ağardan oğul,
Məni zirvələrə qaldıran oğul
Qəhrəman oğullar, şəhid oğullar.
Qızqayıt Həsənli
Həvəskar yazar, üç kitab müəllifi.
Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az". xəbər informasiya portalının şimal zonası üzrə bölgə müxbiri.