01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
-TÜRK CÜMHURİYYƏTİ- BÜTÜN TÜRK DÜNYASI ÜÇÜN FƏXARƏT VƏ NİCAT ÜNVANIDIR.
-TÜRK CÜMHURİYYƏTİ- BÜTÜN TÜRK DÜNYASI ÜÇÜN FƏXARƏT VƏ NİCAT ÜNVANIDIR.
29.X.2023 cü il Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü qeyd edilir.
Bununla əlaqədar olaraq BEMM-in Sədri Hüquq Elmləri Doktoru Professor Vəkillər Kollegiyasının Üzvü Hacı Xaliq Bəşər və BEMM kollektivi
Türkiyə üçün deyil, bütün Türk dünyası üçün qürur mənbəyi olan bu tarixi
Bayram münasibətilə
DÜNYA TÜRKLERİNƏ
TEBRIKLER ünvanlayır.
29.X.1923-cü il tarixində Türkiyə Böyük Millət Məclisi Cümhurriyyəti elan edib.1925-ci ildə isə bu günün TÜRK DÖVLƏTİNİN yaranması günü kimi qeyd olması barədə qanun qəbul edilib. Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. Türkiyə Cümhuriyyəti yaradılması birinci dünya müharibəsi illərində və ondan sonra Osmanlı dövlətini parçalayıb məhv etmək istəyənlər üzərində qələbənin nəticəsidir.
Qeyd edək ki, 1683-cü ildə Osmanlı dövlətinin sahəsi 5,2 mln. kv. km, birinci dünya müharibəsi başlayanada 1,8 mln. kv. km, olub. Hazırda isə Türkiyə Cümhuriyyətinin ərazisi 783 min kv. km-dir. Yeri gəlmişkən qeyd edək ki, Osmanlı dövləti 1299-cu ildə qurulub. 2019-cu ildə bu dövlətin qurulmasının 720-ci ildönümü qeyd olundu.1876-cı ildədək ölkəni mütləq monarxiya, 1876-1878-ci illər və 1908-1918-ci illərdə isə ölkənin konstitusiya monarxiya idarə edib. Həmin illərdə ölkə parlamentli sistemə keçmişdi.Birinici Dünyda müharibəsində Osmanlı Dövləti məğlubiyyətə uğradıqdan sonra ərazisi işğala məruz qalmışdı. O zaman Mustafa Kamal Atatürkün başçılıq etdiyi hərəkatın mübarizəsi 1923-cü ildə milli qüvvələrin qələbəsi ilə başa çatıb.01.XI.1922-ci il tarixində isə Osmanlı dövlətinin fəaliyyətinin dayandırıldığı elan edilib. 1923-cü ildən Türkiyə parlament üsul idarəsi ilə idarə edilirdi. Ölkənin ilk prezidenti Mustafa Kamal Atatürk (1923-1938) olub. Hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Hazırda ölkə əhalisinin sayı 80 milyon nəfəri keçib.Ötən 100ildə Türkiyə Cümhuriyyətinin düşmənləri də dəyişməyib. Onlar bu gün başqa adla cümhuriyyəti məhv etmək istəyirlər. Ancaq tarixin bütün sınaqlarından uğurla çıxaran Türkiyə bölgədə və dünyada öz mövqeyini saxlayır. Bu günün Türkiyəsi 10-20 il əvvəlin Türkiyəsindən daha güclüdür. O cümlədən TÜRK CÜMHURİYYƏTİ sürətlə inkişaf edən milli hərbi sənayesi ilə daha qüdrətlidir. Son 20 ili Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında keçən Türkiyə, axır dövrlərdə sosial-iqtisadi sıxıntıları olsa da, ümumilikdə böyük tarixi yol qət edib. Bu illər geniş islahatlar və inkişafla yanaşı, siyasi böhranlarla da müşayiət olunub. Güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan İsə güclü Türkiyə deməkdir. Bunu iki qardaş ölkənin liderləri hər zaman xüsusi vurğulayırlar. Bunun ən bariz ifadəsi 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan-Türkiyə birliyi oldu.15.06.2021-ci il tarixində imzalanan Şuşa Bəyannaməsi isə bu birliyə tarixdə əbədi qalacaq möhür vurdu.
Prezident Ərdoğanın işğaldan azad olunmuş Qarabağımızda ürəkdən gələn sözləri bizim gücünüzə güc qatır.
-“Rəbbimiz birliyimizi, bərabərliyimizi əbədi etsin! YAŞASIN
AZERBAYCAN -TÜRKİYƏ
QARDAŞLIĞI !"
BEMMin Elmi:
Naile Muradova.