Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Baş komandan, prezident, aktyor, siyasətçi – Zelenski ailəsində necədir?

Baş komandan, prezident, aktyor, siyasətçi – Zelenski ailəsində necədir?
7-07-2022, 19:17 375 dəfə baxılıb

Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena İtaliyanın Rai 1 kanalında yayımlanan “Porta a Porta” verilişinə müsahibəsində ailədaxili vəziyyət haqqında açıqlama verib.


İyulun 3-də baş tutan söhbətin səsyazısı Ukrayna Prezident Aparatının “YouTube” kanalında da yayımlanıb.

Jurnalistin “Ərinizin beynəlxalq aləmdə böyük hörməti var. Ailə dairəsində də o qədər qətiyyətli və möhkəmdir, yoxsa daha mülayimdir” sualına Zelenskaya belə cavab sual verib: “Ailə daxilində onunla tərəfdaşlıq münasibətlərimiz var, biz bərabərhüquqluyuq və uşaqlarla yumşaq xarakterlidir. Onunla istədiklərini edirlər”.

Volodimir və Yelena Zelenski 2003-cü ildən evlidirlər. Onların iki övladı var. Qızı Aleksandra 2004-cü ildə, oğlu Kiril – 2013-cü ildə anadan olub. Cütlük “Kvartal 95” studiyasında birlikdə çalışıb.

"Vətənim-Azərbaycandır.az"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI