Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Rusiyada Krım-Konqo hemorragik qızdırmasının yeni ştammı aşkarlanıb.

Rusiyada Krım-Konqo hemorragik qızdırmasının yeni ştammı aşkarlanıb.
29-06-2022, 04:49 220 dəfə baxılıb

Rusiyanın cənubunda Krım-Konqo hemorragik qızdırmasının (Crimean-Congo hemorrhagic fever) yeni ştammı aşkar edilib.

Bu barədə Seçenov Universitetinin mətbuat xidməti məlumat verib.Universitetdən qeyd edilib ki, Seçenov Universitetinin (Moskva), “Rospotrebnadzor”un Stavropol Taun Əleyhinə İnstitutunun (Stavropol), Paster adına Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat İnstitutunun (Sankt-Peterburq) və “Rospotrebnadzor” Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun (Moskva) əməkdaşları tədqiqat işində iştirak ediblər.

Bildirilir ki, virus Afrika, Balkan yarımadası, Yaxın Şərq və bəzi Asiya ölkələrində geniş yayılıb. Bundan əlavə, qızdırma Rusiyanın Avropa hissəsinin cənubunda da müşahidə olunur.

Qeyd edək ki, bu xəstəliyə yoluxma əsasən gənə dişləməsi zamanı, yoluxmuş heyvanların qanı və digər bioloji mayelərlə sıx təmas nəticəsində baş verir. Xəstəliyin əlamətləri yüksək hərarət, üşütmə, əzələ ağrıları, baş ağrısı, ürək bulanma, qusma, ishal, dəridə səpki və qanaxmalardır.

"Vətənim-Azərbaycandır.az".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI