Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bayden bu ölkələrə səfərə gedir

Bayden bu ölkələrə səfərə gedir
28-04-2022, 09:58 317 dəfə baxılıb

ABŞ Prezidenti Co Bayden mayın sonunda Yaponiyaya səfər edəcək.

Vətənim-Azərbaycandır.az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
“Prezident Cozef Bayden hökumətlərimiz, iqtisadiyyatlarımız və xalqlarımız arasında əlaqələri daha da dərinləşdirmək üçün 20-24 may tarixlərində Koreya Respublikasına və Yaponiyaya səfər edəcək”, - deyə Psaki əlavə edib.
Onun sözlərinə görə, hər bir ölkədə Bayden yerli liderlər - Koreyanın yeni seçilmiş Prezidenti Yun Sok Yol və Yaponiyanın Baş naziri Fumio Kişida ilə ikitərəfli görüşlər keçirəcək: “Liderlər həyati əhəmiyyət kəsb edən təhlükəsizlik əlaqələrimizin dərinləşdirilməsi, iqtisadi əlaqələri gücləndirmək və praktiki nəticələrə nail olmaq üçün sıx əməkdaşlığımızı genişləndirmək yollarını müzakirə edəcəklər”.
ABŞ Prezidenti Tokioda Avstraliya və Hindistan liderləri ilə də görüşəcək.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI