Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Zelenski Ukrayna xalqına müraciət etdi

Zelenski Ukrayna xalqına müraciət etdi
22-02-2022, 13:13 185 dəfə baxılıb

Ukrayna Prezidenti Vladimir Zelenski xalqına videomüraciət edib.

Vətənim-Azərbaycandır.az” ın məlumatına görə, o, videomüraciətində bildirib ki, Rusiyanın hər hansı bəyanat və hərəkətlərinə baxmayaraq, ölkəsinin beynəlxalq səviyyədə tanınmış sərhədləri dəyişməz qalacaq.
“Bizim və dövlətimizin tarixlə bağlı uzun-uzadı mühazirələr oxumağa vaxtımız yoxdur. Ona görə də keçmişdən danışmayacağam. Mən sizə reallıqlar və gələcək haqqında danışacağam: Ukrayna Rusiya Federasiyasının hər hansı bəyanatlarına və hərəkətlərinə baxmayaraq, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində qalacaq”, - V.Zelenski qeyd edib.
Ukrayna Prezidenti bildirib ki, Rusiyanın qondarma “LXR” və “DXR”in “müstəqilliyini” tanıması Ukraynanın ərazi bütövlüyünə müdaxilə deməkdir. O qeyd edib ki, bütün bunlara görə məsuliyyəti Rusiya tərəfi daşıyır.
Zelenski onu da qeyd edib ki, ukraynalılar sakitdirlər və özünəinamı itirməyiblər:
“Buna görə bütün vətəndaşlara təşəkkür etmək istərdim - siz bir daha sübut edirsiniz ki, ukraynalılar ağıllı və müdrik xalqdırlar. Və hər şeyə baxmayaraq, soyuqqanlılığı saxlayır, sakit, balanslı reaksiya verir. Heç kimə heç nə verməyəcəyik. Bundan əminik. Çünki 2014-cü ilin yox, 2022-ci ilin fevralındayıq. Başqa bir ölkə, başqa bir ordumuz var. Əsas məqsədimiz Ukraynada sülhdür”.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI