Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

18:04 - Prezidentdən Türkiyə–Azərbaycan Universiteti ilə bağlı - Fərman

18:00 - “Milli Kimlik” İdeoloji Hazırlıq Proqramının növbəti görüşü baş tutub.

17:54 - “Psixososial Reabiltasiya və İnkişaf Mərkəzinin” direktoru, psixoloq Almara Məlikova və “Ələddin” MMC- nin icraçı direktoru Arzu xanım Fərəcovanın təşkilatçılığı ilə aksiyaya start veririk!n

17:50 - 21 apreldə Bakıda Fransa bayrağını qaldırmaq istəyirlər?!

17:50 - 21 apreldə Bakıda Fransa bayrağını qaldırmaq istəyirlər?!

06:26 - Laçında tikintisi gedən hava limanının SON GÖRÜNTÜLƏRİ - VİDEO

06:22 - Prezident İlham Əliyevin 20 illik prezidentliyinə həsr olunmuş “Zəfər çələngi” adlı kitab Bişkekdə nəşr olundu

06:18 - GƏNC MÜĞƏNNİ RİAD AGANIN SOLO KONSERTİ MÜVƏFFƏQİYYƏTLƏ KEÇDİ.

10:22 - Akademik Zərifə xanım Əliyeva Azərbaycanda oftalmologiya elminin inkişafı istiqamətində misilsiz xidmətlər göstərmiş, böyük töhfələr vermişdir.

06:34 - Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

06:29 - HİITON OTELDƏ BEYNƏLXALQ TƏHSİL SƏRGİSİ KECİRİLMİŞDİR.

17:06 - Vahid məktəbli formalarının, general və nazirlərin geyimlərinin tikildiyi fabrikdə - REPORTAJ + FOTO

17:05 - DİM dövlət qulluğu vəzifələri üzrə imtahan keçirib

17:03 - Hərbi müxbir İran-ABŞ razılaşması barədə: “Üçüncü dünya müharibəsi ləğv edilir”

17:02 - QAİ “Freedom House” təşkilatını siyasi dairələrin əlində alət olmamağa çağırıb

Rusiyada azərbaycanlı ata qızının soyadı ilə bağlı məhkəməni uduzdu

Rusiyada azərbaycanlı ata qızının soyadı ilə bağlı məhkəməni uduzdu
13-01-2022, 00:32 151 dəfə baxılıb

Rusiyanın Nijnevartovsk məhkəməsi azərbaycanlı atanının qızının soyad sonluğu ilə bağlı iddiasını təmin etməyib.

Vətənim-Azərbaycandır.az” Rusiya mediasına istinadən xəbər verir ki, azərbaycanlı ata N. qızının soyad sonluğunun milli ənənələrə uyğun olaraq “qızı” ilə bitməsini istəyib və doğum haqqında şəhadətnamənin dəyişməsi üçün müvafiq dövlət orqanına müraciət edib. Lakin o, rədd cavabı aldığından məhkəməyə müraciət etməli olub. Nijnevartovsk məhkəməsi isə “uşağın soyadı atanın milli adət-ənənələrindən asılı deyil” bəyanatı ilə şikayəti təmin etməyib. 
“Bu tələblərlə məhkəməyə müraciət edən vətəndaş N. arqumentlərindən biri onun özünün milliyyətcə azərbaycanlı olması, ailəsində Azərbaycan adət-ənənələrinə riayət olunması, ona görə də ailə adət-ənənələrini qorumaq üçün vətəndaşlıq vəziyyəti aktına dəyişiklik edilməsi zərurəti olub”, - Nijnevartovsk məhkəməsinin mətbuat xidmətindən bildiriblər.
Qanuna görə, vətəndaşlıq qeydlərində bu cür dəyişikliklər “yalnız uşağın maraqları naminə” edilməlidir. Qeyd edək ki, qızın milliyyətcə rus olan anası da ərinin tələblərini dəstəkləməyib.
 Qeyd edək ki, hətta Rusiya Ədliyyə Nazirliyi də bu işə qarışmışdı. Nazirliyinin əməkdaşları Azərbaycandan olan həmkarlarından məsələyə aydınlıq gətirməyi xahiş ediblər. Məlum olub ki, respublikanın qanunvericiliyində milli adət-ənənələrə uyğun olaraq ata adının dəyişdirilməsi ilə bağlı öhdəliklər yoxdur. Nəticədə N. məhkəməni uduzub.
Yuxarı instansiyaya edilən müraciət də təmin edilməyib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI