Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Almatıda iğtişaşlarda məhkəmə hakimi öldü

Almatıda iğtişaşlarda məhkəmə hakimi öldü
11-01-2022, 12:14 168 dəfə baxılıb

Almatıda ixtisaslaşdırılmış rayonlararası inzibati məhkəmənin hakimi Murat Abrayev iğtişaşlar zamanı həlak olub.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə Almatı şəhər məhkəməsinin Mətbuat xidməti məlumat yayıb.
Hakimin ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, yanvarın 10-u Qazaxıstan Daxili İşlər Nazirliyi Almatının Türksib rayonunun polis idarəsinin rəis müavini Tanat Nazanın iş yerində infarktdan dünyasını dəyişdiyini açıqlayıb. Elə həmin gün Milli Təhlükəsizlik Komitəsi xüsusi xidmət polkovniki Azamat İbrayevin Nur-Sultanda öz evinin həyətində ölü tapıldığı barədə məlumat yayıb.
Eyni zamanda, Cambul vilayətinin Polis Departamentinin rəisi general Janat Süleymanovun intihar etdiyi də məlum olub.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI