Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

14:19 - Təhsilimizin bu günü...

13:10 - Prezident: “Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”

13:08 - Prezident: “Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var”

07:14 - HAYATA DOKUNMAK (GENÇLİĞİMİN MERKEZİ) EKİBİ AKDENİZ’İN İNCİSİ ANTALYA’DA

00:12 - BAKIDA QIRĞIZ MƏDƏNİYYƏTİ GÜNLƏRİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASIMI KEÇİRİLİB.

17:01 - Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO

16:58 - Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

11:58 - Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

11:17 - Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

11:15 - Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

10:40 - Xankəndidə silah-sursat aşkarlanıb

10:38 - 25 Aprel Respublika Sahibkarlar günüdür

10:25 - Quba Xaçmaz Regional Təhsil idarəsinin A. Səlimov adına Xaçmaz şəhər 7 nömrəli tam orta məktəbdə Yer günü və " Yaşıl dünya naminə həmrəylik ili " çərçivəsində iməclik keçirilmişdir.

17:40 - İlham Əliyev: “Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”

17:37 - Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Cinsə bölünən intiharlar və günahkarlar: nəzarətsiz internet, biganə valideynlər və cəmiyyət...

Cinsə bölünən intiharlar və günahkarlar: nəzarətsiz internet, biganə valideynlər və cəmiyyət...
22-02-2021, 22:40 713 dəfə baxılıb

Vetenim-Azerbaycandir.az 

İntihar hallarının sayı getdikcə artmaqdadır və onların sırasında gənclər üstünlük təşkil edir. Maraqlıdır ki, bir çox hallarda gənclərin intiharında daha çox valideynlər günahkar çıxarılır. Belə hallardan biri kimi Bakının Xətai rayonu Yeryemenko küçəsindəki çoxmətəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən 20 yaşlı Sevil Atakişiyevanı göstərmək olar. Sosial şəbəkələrdə S.Atakişiyevanın şəxsi yazışmalarını əks etdirən fotoşəkil və informasiyalar yayılıb. O, yazışmalarında ailəsi, xüsusilə atası tərəfindən təzyiqlər edildiyi haqda danışıb. Hadisə və intihar edən gəncin yazışmaları cəmiyyətdə ciddi rezonansa səbəb olub.

Bundan bir neçə gün öncə Gəncə Dövlət Universitetinin 2-ci kurs tələbəsi Xaqani Ocaqverdiyev həyətlərində özünü asaraq intihar edib. Dünən isə Sumqayıt Dövlət Texniki Kollecinin IV kurs tələbəsi, Yardımlı rayon sakini, 2001-ci il təvəllüdlü Vüsalə Rəhimli özünü dənizə ataraq intihar edib. Beləliklə, intiharlar davam edir, bəs gənclərimizi bu intiharlara sürükləyən səbəblər nədir - yaşadığı mühit, mentalitet, ailədəki tərbiyə, maddi vəziyyət, yoxsa sadəcə tam formalaşmamış yeniyetmə düşüncəsi?!

AMEA-nın elmi işçisi, psixoloq Fatimə Bayramova AFN-nə açıqlamasında bildirdi ki, ümumiyyətlə, istər qız uşaqlarının, istərsə də oğlan uşaqlarının tərbiyəsində tam sərbəstlik və ya xüsusi nəzarət anlayışları yalnışdır: “Biz cəmiyyətə yararlı şəxsiyyət böyüdürük. İstər valideyn, istər müəllim, fərqi yoxdur, bizim ümumi vəzifəmiz məhz sağlam ruhda şəxsiyyət yetişdirməkdir. “Tam sərbəstlik” ifadəsinin yerinə, “İradə azadlığı” deyərdim, bax bu lazımdır bizə. Çünki “sərbəstlik” anlayışına hər kəs fərqli yanaşır, hərə öz prizmasından qiymətləndirir. “Sərbəstlik” dedikdə kiminsə ağlına təhsil, seçim azadlığı gəlir, kiminsə əxlaq, geyim və s. Sərbəstlik uşağın sözü rahat deməsi, istədiyi ixtisası seçməsi, qərarlarında sərbəst olması və s. bu kimi amillərdə vacibdir. Biz böyüklər onlara daim dəstək göstərməli və yardımçı olmalıyıq. Uşaqlar bizim obyektimiz deyil ki, istədiyimiz kimi davranaq. Onlar bizdən əmələ gəlir, biz onları dünyaya gətiririk, amma onlar biz deyilik, ayrı bir şəxsiyyətdirlər, bizim kimi həyat tərzi seçməyə bilərlər, müəllimiksə müəllim olmaq məcburiyyətində deyillər. Hədə-qorxu gəlmək, təhdid etmək, qışqıraraq uşağın hər hansı pis əməlini ört basdır etmək palçıqdan çıxan uşağa təmiz ütülənmiş paltar geyindirməyə bənzər. Problemin kökünü araşdırmaq lazımdır. Ən birincisi, övladla valideyn arasında ünsiyyət bərpa olunmalıdır. Valideyn danışsın, uşaq icra etsin yox, uşaqla qarşılıqlı ünsiyyət qurulmalıdır. Problemin həllində valideyn dəstəkçi olmalıdır”.

Psixoloqun fikrincə, nəzarətin həddi çox önəm daşıyır və müəyyən, 8-9 yaşa qədər uşaqlar valideynin nəzarətini təhlükəsizlik kimi qavradığı halda, yeniyetməlik dövründə valideynin nəzarəti uşağı sıxma, diskomfort yaratmağa başlayır: “Bu yaş dövründə nəzarət təbii ki, açıq şəkildə olmamalıdır. Yeniyetmə artıq böyüklərin dünyasına addımlamaq istədiyi üçün əşyalarını şəxsiləşdirir. Mən deyərdim, yaxşı olar ki, uşaqlıq dövründən belə onun əşyasını götürdüyünüz zaman icazə alasınız. Bu davranış tərzi onun da vərdişinə çevrilər. Yeniyetməni nəzarətsiz qoymaq olmaz. Bu dövrdə baş verən anotomik-fizioloji dəyişikliklər uşağın özünü yetkin aparma istəyinə sövq etdiyi üçün səhv addımlar ataraq, siqaretə, içkiyə, narkotikə, həddən artıq romantik münasibətlərin qurulmasına və s. səbəb ola bilər. Ona görə hər hansı bir təhlükə ilə rastlaşdıqda valideyn mütəxəssislərə müraciət etməli, daim məktəblə əlaqə saxlamalıdır”.

Ümumiyyətlə, doğurdanmı ailədəki təzyiq intihara səbəb ola bilər? - sualına gəldikdə isə psixoloq deyir ki, əlbəttə, bu ən çox yeniyetməlik və erkən gənclik dövrlərində baş verir, digər yaş dövrləri də istisna deyil: “Onlar sanki valideyni cəzalandırmaq niyyətində olurlar. Lakin uşaqlar valideyn olmayıb, amma böyüklər vaxtilə uşaq olub. Ona görə, bu cür halların aradan qaldırılmasında valideyn önəmli faktordur. O gərək ki, uşaqla ünsiyyətini kəsməsin. Uşaq nə yalnış edirsə etsin, əgər övladını itirmək istəmirsə, onu həyatı ilə təhdid etməsin. Hər kəs səhv edə bilər, səhv etmək hər kəsin haqqıdır. Kimsə bu dünyada yalnız düzdən ibarət deyil. Hələ səhvi uşaq edirsə, valideyn problemin üstünü örtməməli, həll etməlidir. Dəfələrlə yeniyetmələrin adi məişət mübahisəsindən dərman içdikləri və ya yad bir insanla qaçmağının şahidi olmuşuq. Bu kimi hallar uşaqla valideyn arasında olan kəskin sərhəd nəticəsində yarana bilər. Uşaq-valideyn münasibətlərindən savayı, gənc ailələrdə də bu hala rast gəlinir. Ailədaxili münaqişələr sonda təəssüf ki, intiharla nəticələnir. Bu daha çox depressiyada olan, ailədaxili gərgin həyat sürən və ya maddi sıxıntı yaşayan ailələrdə görülür”.

İntiharların cinsə bölünməsinə gəldikdə isə F.Bayramova deyir ki, bu, məhz qadın və kişilərin intihara olan münasibəti ilə izah edilir: “Qadınlar daha çox isterik olduğu üçün, intihar edəcəyini bildirsə də etmir. Yalnız kişilərin intiharı birdən olur. Amma təəssüf ki, son dövrlərdə ard-arda qadın intiharlarının şahidi oluruq. Qadınların intihar səbəbi müxtəlifdir, eynilə kişilərdəki kimi. Sevgiyə görə də intihar edən var, maddi vəziyyətə görə də, sıxıntıya və ya ailə basqısına görə intihar edənlər olub. Çox təəssüf ki, hərə intihara müxtəlif don geyindirməyə çalışır. Heç kim o insanın nə keçirdiyini bilmir, heç kim deyə bilməz ki, o insan güclüdür ona görə intihar edib və ya zəifdir, iradəsizdir. Onu da əlavə edim, bir ailədə basqı varsa, yalnız və yalnız hər zaman qadınlara qarşı olmur. Bir neçə il əvvəl Sumqayıtda imtahana bal toplaya bilməyən oğlanın valideynlərindən qorxaraq intihar etməsini hamımız xəbərlərdə oxuduq”.

Uşaqların psixikasını və hətta əxlaqını pozan böyük şəbəkələrə gəldikdə isə psixoloq bildirdi ki, bəzi oyunlar var ki, intiharı təbliğ edir. Məsələn, yeniyetmələrin oynadığı “mavi balina” oyununun sonunda nəzarətçi intihar etməsini istəyir, əks təqdirdə valideynləri və ya doğmaları ilə təhdid edir: “Azərbaycanda çox da rast gəlinməyib. Lakin uşaqların əxlaqını pozmaq üçün xüsusi bir şəbəkə qrupuna ehtiyac yoxdur. Sadəcə nəzarətsiz “Youtube”, “İnstagram”, “Telegram” və s.-dən istifadə uşağın bütün psixikasını və əxlaqını məhv edər. Uşaqların internetdə nəyəsə baxması nəzarət altında olmalıdır. Ələlxüsus da, artıq son dövrlər də 6-10 yaş arası uşaqların 10-unundan 1-i gecə yatarkən işığı söndürür və ya aqressiv davranış sərgiləyir. Bu cür qorxu və aqressiya ilə böyüyən uşağın əlbəttə ki, psixikasına, mənliyinə, sosiallaşmasına təsiri mənfi olacaq. Həddən artıq telefon, planşetlə oynayan uşaqların artıq oyunla bağlı fantaziyaları zəifləyir, onlar daim asılı şəkildə telefon istəyir. Zənnimcə, hüquq-mühafizə orqanları müəyyən oyunların qarşısını ala bilər, lakin əxlaq pozulmalarının qarşısını almaq mümkün deyil. Bu yalnız 90% valideyndən asılı vəziyyətdir. Can rahatlığı olsun deyə planşetləri, telefonları nəzarətsiz şəkildə uşaqlara verməməliyik”.


Sosioloq Zəminə Səfərova isə bildirdi ki, intiharın səbəbləri depressiya, istədiyinə çatmamaqdan, cinsi zorakılıq, ata-ana münaqişələri, ixtilaf, psixi pozuntular, ümidsizlik, şiddətə meyllilik, düşünmə pozuntuları və sairə ola bilər: “Bu məqaləni yəqin ki, gənclərimiz də oxuyacaq. Əziz gənclər, sizə biz deyiriksə siz bizim gələcəyimizsiniz,deməli, biz sizə güvənirik, dövlətimiz güvənir, millətimiz güvənir, valideyinləriniz güvənir. Bəs nədən bəzi gənclər belə zəiflik-acizlik göstərirlər?! İntiharın, özünəqəsdin günah olduğunu çox yaxşı bilirsiniz. Əgər biz bu gün intiharların baş verməsində daha çox valideyinləri günahlandırırıqsa, onda belə anlaşılır ki, bəzi valideyinlərin özlərinin psixoloji problemləri var və övladlarına düzgün tərbiyə verməməsi belə faciələrə səbəb olur. Ümumiyyətlə valideyinlər övladlarını şəxsiyyət kimi yetişdirmək istəyirsə, ilk növbədə özü də övladına şəxsiyyət kimi yanaşmalıdır. Bəzi ailələrdə bütün münaqişələr övladların yanında baş verir, onların ğözləri görür, qulaqları eşidir. Belə hallar övladlarda psixoloji travmalar yaradır. İstər qız uşaqları, istər oğlan olsun, valideyinlər onların yanında münaqişə edərkən belə xırdalıqlara diqqət etmirlər. Ailədaxili münaqişələri çox zaman nə mövzuda olursa-olsun uşağın yanında edirlər. Övlada valideyn nəzarəti müəyyən yaş dövrünə qədər lazımdır. Nəzarət o demək deyil ki, bəzi qadağalar qoyasan, cəza verəsən, döyəsən, zor tətbiq edəsən, evdən bayıra buraxmayasan, əksinə, belə olan halda uşaq o qadağaların əksini etməyə meyilli ola bilər. Nəzarəti də sakit, təmkinlə, kənardan izləməklə elə etmək lazımdır ki, heç uşaq hiss etməsin. Övladının oturub-durduğu dostları ilə maraqlanmağı, hansı saatlarda harada olmasını bilməyi və asudə vaxtını necə, kiminlə keçirməsini bilməsi kifayət edər. Bunu da etməyin sadə üsulları var”.

Sosioloqun fikrincə, ailədə əgər valideyinlə övlad arasında dostluq münasibətləri olarsa, onda övladın istənilən problemini danışıqla, müzakirə, aydınlıq gətirməklə həll etmək mümkün olar: “Ana qızı ilə rəfiqə, oğul da atası ilə dost olmalıdır. Valideyin övladına hər gün zaman ayırmalıdır, onunla maraqlanmalıdır. Təəssüflə qeyd edək ki, bəzi ailələrdə valideyinlə övladın dostluq münasibətləri mümkün deyil, onlar övladlarına etibar etmir, inanmır, bu azmış kimi, bu hissi büruzə verir. Həftələrlə, aylarla bəzən illərlə övladı ilə maraqlanmayan valideyinlər də var. Uşaq çətinliyini, problemini, hər-hansı bir sirrini vaxtında valideyinə çatdıra bilmir. Belə vəziyyətdə uşaqlarda psixoloji problemlər yaranır, depressiyaya və çətinə düşəndə dərdini anlayacaq biri olmadığını bilib intihar yolunu seçməyi çıxış yolu bilirlər. İntihar elə bir faciədir ki, bununla tək dövlətimiz deyil, ictimaiyyətin, sənin, mənim hər birimizin də ciddi yanaşmasına, diqqət etməsinə, koməyinə ehtiyac var. Axı intihar edənlərin çoxu gənclərdir”.

Ümumiyyətlə, hər bir faciənin kökündə bir ciddi səbəb olduğunu deyən sosioloq deyir ki, əgər intihar varsa, deməli, ciddi səbəblər də var: “Gəlin birlikdə bu faciənin qarşısının alınmasında hər birimiz düşünək, axtaraq-araşdıraq, həlli yollarını tapaq. Gəncləri düzgün tərbiyə etməklə bərabər düzgün istiqamətə yönləndirməkdə hər birimizin rolu böyükdür. Axı onlar bizim gələcəyimizdir. Dünyanın hər yerində intiharların qarşısının alınması istiqamətində tədbirlər düşünürlər. Əsas tədbirlər sırasında yenə də maarifləndirmə dayanır. Bu işdə, ilk növbədə, vətəndaş cəmiyyəti institutlarının,o cümlədən QHT-lərın üzərinə mühüm vəzifələr düşür. Eyni zamanda yaxşı olardı ki, bu intiharları heç yerdə işıqlandırmasınlar, şəkillər qoymasınlar, qəhrəmana çevirməsinlər. Bəzi gənclərə intihar çox asan və adi görünür. Elə bil sanki bu da bir ulduz xəstəliyidir”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI