17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Bayden: ABŞ-dakı tornadonu tarixin ən güclü və dağıdıcı tornadosu adlandırdı
ABŞ prezidenti Co Bayden ölkənin bir sıra regionlarını vuran tornadoları tarixdə ən böyük hadisə adlandırıb və qubernatorların tələbi əsasında bir neçə ştatda fövqəladə vəziyyət elanını təsdiqləməyə hazır olduğunu bildirib.
"Vətənim-Azərbaycandır".az xəbər verir ki, Bayden dekabrın 11-də həftəsonunu keçirdiyi Delaver ştatının Wilmington şəhərində verdiyi açıqlamada. – “Bu, yəqin ki, tariximizdəki ən böyük tornadodur. Mən bu gün telefonla zərər çəkmiş Arkanzas, İllinoys, Kentukki, Missuri və Tennessi ştatlarının qubernatorları ilə danışdım. İnsanlar evlərini, bizneslərini itiriblər, bu faciədir. Qurbanların dəqiq sayını hələ ki, bilmirik. Federal hökumət kömək etmək üçün əlindən gələni edəcək”. – qeyd edib.
ABŞ prezidenti bildirib ki, o, tornadonun əhatə etdiyi ərazilərdə fövqəladə hallar və xilasetmə xidmətlərinin yerləşdirilməsi, eləcə də su təchizatı və lazımi malların tədarükü qurulması barədə göstəriş verib.
Amerika hakimiyyətinin ilkin hesablamalarına görə, Kentukki ştatında tornado azı 100 nəfərin həyatına son qoyub.
Ştat qubernatoru Endi Beşir artıq bəyan edib ki, dekabrın 12-nə keçən gecə baş verən tornadolar Kentukki tarixində ən dağıdıcı olub.
CNN xəbər verir ki, Beşir mətbuat konfransında deyib: “Bu dağıntı həyatımda gördüyüm heç bir şeyə bənzəmir və bunu sözlə ifadə etmək mənim üçün çətindir”.
Hadisənin miqyasını qiymətləndirən qubernator “burada Kentukkidə 100-dən çox insanın ölməsi” ehtimalını qeyd edib. Milli Qvardiyanın 189 üzvü itkilərin axtarışı və bərpasına yardım etmək üçün cəlb edilib.
Baş verən tornadolar və qasırğalar İllinoys, Missuri, Arkanzas, Kentukki və Tennessi də daxil olmaqla bir sıra Amerika ştatlarında insanlara dəhşət və fəlakət yaşadıb. Ölənlərin sayı artmaqda davam edir.