Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

2023-cü ildə dünyanın turizm paytaxtı bu şəhər olacaq

2023-cü ildə dünyanın turizm paytaxtı bu şəhər olacaq
5-12-2021, 12:34 192 dəfə baxılıb

İspaniyanın Madrid şəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 24-cü sessiyasında qədim Səmərqənd şəhəri 2023-cü ildə dünyanın turizm paytaxtı elan edilib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu haqda Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov məlumat yayıb.
O bildirib ki, BMT-nin Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 25-ci sessiyası 2023-cü ildə Səmərqənddə keçiriləcək. Sessiyaya 1000-dən çox qonağın gələcəyi gözlənilir.
A.Abduhakimovun sözlərinə görə, artıq tədbirin hazırlıq işlərinə başlanıb. Yeni mehmanxanaların, restoranların tikintisi planlaşdırılır.
Tikilməkdə olan “Samarkand Touristic Centre” 212 hektar sahəni əhatə edəcək. “New Renaissance” adlı konqress-hollda mehmanxanalar, restoranlar və digər xidmət obyektləri olacaq.
Baş nazirin müavini deyib ki, növbəti sessiyanın Səmərqənddə keçirilməsi ölkənin turizm sahəsinin inkişafına güclü təkan verəcək.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI