Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Fransada dini şüarlarla polisə hücum edən bıçaqlı şəxs güllələndi.

Fransada dini şüarlarla polisə hücum edən bıçaqlı şəxs güllələndi.
23-10-2021, 01:48 294 dəfə baxılıb

Fransanın Kolomb şəhərində bıçaqlı şəxs polis əməkdaşlarına hücuma cəhd edib."Vətənim-Azərbaycandır.az" xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb. İnsident sürücülərin sənədlərinin yoxlanılması zamanı baş verib.

Sürücülərdən biri özünü hədsiz aqressiv apararaq hüquq-mühafizə orqanlarının əməkdaşlarına şüşə butulka atıb, daha sonra isə islamçı şüarlar səsləndirərək polisə tərəf hərəkət edib. Bu zaman polislərdən biri xidməti silahından atəş açaraq onu qarnından yaralayıb. Sürücü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, yaralanan şəxs Fransa vətəndaşıdır. Eyni zamanda onun adı radikal islam ideyalarına qoşulmağa və terror aktları törətməyə meylli şəxslərin milli elektron məlumat bazasında qeyd edilməyib.
Fransanın daxili işlər naziri Jerald Darmanen polisi əməliyyatın uğurla başa çatması münasibətilə təbrik edib.
"Biz indi həmişəkindən daha ayıq olmalıyıq və polis ön cəbhədə olmalıdır", - deyə nazir vurğulayıb.
 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI