Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şabran rayon Heydər Əliyev Mərkəzində 26 iyun Silahlı Qüvvələr günü ilə əlaqədar olaraq “Qalib xalqın müzəffər ordusu” adlı tədbir keçirilib - FOTOLAR

Şabran rayon Heydər Əliyev Mərkəzində 26 iyun Silahlı Qüvvələr günü ilə əlaqədar olaraq “Qalib xalqın müzəffər ordusu” adlı tədbir keçirilib - FOTOLAR
24-06-2023, 19:00 329 dəfə baxılıb

Vetenim - Azerbaycandır.az xəbər verir ki, "26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü"nə həsr olunmuş "Müzəffər ordu" başlığı altında dəyirmi masa keçirilib.

Tədbir iyunun 24-də rayon Heydər Əliyev Mərkəzində Gənclər və İdman İdarəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Seyidağa İsmayılov, YAP Şabran rayon təşkilatının əməkdaşı Simran Süleymanov, rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev və gənclər iştirak etmişlər.

Tədbirin çıxışçıları bildirmişlər ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyuldu.

Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir.

Tarixə nəzər salsaq, görərik ki, Ulu Öndər hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə böyük uzaqgörənliklə gələcəyi düşünür, milli zabit kadrların yetişdirilməsinə çalışırdı. 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail olundu. Heydər Əliyev azərbaycanlı gəncləri, həmçinin SSRİ-nin qabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərirdi. Azərbaycan Silahlı Qüvvələrin formalaşmasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi milli zabit kadrlarımızın müstəsna rolu olub. Onlar Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində misilsiz igidliklər göstəriblər.


Atayeva Günay 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI