Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

31 mart Azərbaycan xalqının soyqırım günüdür!

31 mart Azərbaycan xalqının soyqırım günüdür!
31-03-2023, 11:14 237 dəfə baxılıb

VƏTƏNİM-AZƏRBAYCANDIR.AZ 



Bu gün  105 ili tamam olan Mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən hesab edilir.
 
Xalqımıza qarşı dəfələrlə törədilmiş, uzun illər ərzində öz siyasi-hüquqi qiymətini almamış 31 Mart soyqırımı tariximizin qanlı səhifələrindəndir.


1918-ci ilin mart-aprel aylarında erməni-daşnak silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasına daxil olan digər şəhər və qəsəbələrdə, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə törədilmiş kütləvi qırğınlar və vandalizm aktları zamanı on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilmiş, mədəniyyət abidələri, tarixi binalar və məscidlər dağıdılmışdır. 1988-1993-cü illərdə baş verən hadisələr də həmin soyqırımın tərkib hissəsi idi. Lakin Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsini qalibiyyətlə başa vuran ordumuz düşmənlərimizin tarixən başımıza gətirdiklərinin və şəhidlərimizin qisasını almaqla yanaşı onlara tarixi dərs verdi. Bütün bunların təkrar olunmaması və belə qanlı faciələrin bir daha yaşanmaması üçün tariximizdən dərs götürməli və vətənpərvər gənclik yetişdirməyi davam etdirməliyik.

Zenfira Ağayeva.
Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri.


VƏTƏNİM-AZƏRBAYCANDIR.AZ 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI