Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bu gün xalqımızın yaddaşına qanla yazılan səhifələrdən biridir

Bu gün xalqımızın yaddaşına qanla yazılan səhifələrdən biridir
30-03-2023, 12:16 435 dəfə baxılıb

VƏTƏNİM-AZƏRBAYCANDIR.AZ



31 Mart Azərbaycanlıların Soyqırımı günü!

Bu günün mahiyyəti haqqında olduqca çox sayda yazılar, məqalələr yazılıb, çəkilişlər olunub, ümumilikdə təbliğat üçün nə lazımdırsa işlər görülür. Bəli bizə lazımdır ki, dünya ictimaiyyəti bu Soyqırım faktını tanısın, zaman-zaman Azərbaycan xalqının başına gətirilən dəhşətlərin şahidinə çevrilsin.

31 Mart Soyqırımında Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur və s.rayonlarımız qətliyama məruz qalmışdır.

Bu soyqırımın ən bariz sübutu Quba Soyqırımı Memorial Kompleksidir.
Quba şəhərinin şimalında yerləşən bu məzarlığda 1918-ci ildə ermənilər və bolşeviklər tərəfindən qətlə yetirilmiş Azərbaycanlılar və Yəhudilər başdırılıb.İndiyədək burada 4000-dən artıq insan qalığı olduğu aşkarlanıb.Ən dəhşətlisi isə budur ki, burda aşkarlanan cəsədlərin baş, kəllə və bədən hissələri ayrılmış şəkildədir.Bu da onların xüsusi qəddarlıqla  qətliyama məruz qalmsını biruzə verir.Bu gün bu məkan artıq bütün dünyanın nəzər nöqtəsindədir.

Bizlərin də mətbuat işçisi olaraq,  üzərimizə düşən ən böyük vəzifə bu qətliyamın tanıdılmasıdır və bu yolda əlimizdən gələni etməyə hazırıq.

"Kamran Orucov"
"Vətənim-Azərbaycandır.az" xəbər portalının təsisçisi və baş redaktoru.


VƏTƏNİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI