16:04 - Macarıstan Azərbaycanın strateji tərəfdaşıdır: İkitərəfli əlaqələr artan templə inkişaf edir - ŞƏRH
15:52 - Əliyevin Macarıstan səfəri: Əlaqələrin inkişafı Budapeşti Bakının yanında durmağa sövq edir - ŞƏRH
11:00 - Əməliyyat zamanı Vasifin bədənindən 6 qəlpə çıxarılıbmış
00:38 - Orxan Əsgərovun nəşi Təzəpir məscidinə aparılıb
23:07 - Təxliyə təyyarəsi Bakıya çatdı - Fotolar+Video
22:42 - “İrana daha öncə də demişdik ki, təhdidlər var, təhlükəsizliyi artırın”
20:21 - Şəhid Orxan Əsgərovun cənazəsi ölkəyə gətirilir - YENİLƏNİB
12:51 - Sülhməramlıların üç avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradıldı
01:39 - Azərbaycan beynəlxalq aləmdə çox böyük uğurlara imza atır.
01:25 - Ermənistanı özünə qardaş seçən İran İslam dininə də hörmətsizlik edir
12:18 - Azərbaycan və Misir Prezidentləri təkbətək görüşdülər
22:14 - “İKİNCİ HOLOKOST-da ERMƏNİ İZİ”
21:57 - Azərbaycan Ermənistan hərbçisinin meyitinin qalıqlarını təhvil verdi
20:42 - Əfqanıstan səfirliyi Tehran terrorunu pislədi
20:22 - Əfqanıstan səfirliyi Tehrandakı terror aktını pislədi
Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan dilində çəkilmiş "DEJAVU" filminin təqdimatı baş tutub.
VETENİM-AZERBAYCANDIR.AZ
10 dekabr 2022-ci ildə Sankt-Peterburqda "Lendok" kinostudiyasında gənc rejissor Rauf İbrahimzadənin Azərbaycan dilində çəkilmiş "DEJAVU"filminin premyerası baş tutmuşdur. adlı filminin premyerası baş tutmuşdur.Psixoloji üslubda çəkilmiş film məqsədyönlü bir insanın taleyindən, onun ən yaxın dostları ilə olan münasibətindən və kədərli sevgi hekayəsindən bəhs edir. Təbii ki, bu, film haqqında səthi anlayışdır, dərin mənanı yalnız filmi seyr edən zaman dərk etmək olar.
Filmin premyerasına çoxsaylı azərbaycanlı tamaşaçılar yığılsa da, qonaqların içində başqa millətlərin nümayəndələri də vardı. Onu da qeyd etmək lazımdır ki, filmi maraqla qarşılayan tamaşaçılar filmin nümayişi bitdikdən sonra rejissor və aktyorlarla görüşdülər. Tamaşaçılarla yaradıcı heyət arasında filmin sonrakı taleyi və ümumiyyətlə, gələcək planlar haqqında maraqlı fikir mübadiləsi oldu.
Premyeranın fəxri qonaqları içində Azərbaycanın Sankt-Peterburq şəhərindəki konsulu Rəhim Rəhimzadə, Türkiyənin Sankt-Peterburqdakı konsulluğunun nümayəndəsi, Yaponiyanın Sankt-Peterbirqdakı konsulluğunun nümayəndələri, Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycan Gənclər Birliyi, "Simurq" Sankt-Peterburq Azərbaycan Gənclər Assosiasiyası vardı.
Sankt-Peterburq şəhəri
Abbasova Ülviyyə
VETENİM-AZERBAYCANDIR.AZ