Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Göyçayın 81 yaşlı Qəhrəmanı..

Göyçayın 81 yaşlı Qəhrəmanı..
17-07-2022, 12:56 236 dəfə baxılıb

Göyçayın 81 yaşlı Qəhrəmanı..

Bu başlığa nəzər salan bir çoxları düşünə bilər ki,81 yaşlı Qəhrəman necə ola bilər..
Fəqət bir şeyi unudmayaq ki,söhbət Türk insanlarından gedirsə onların gənci də,yaşlısı da,kişisi də,qadını da,uşağı da Qəhrəmandır..
Biz bunun dəfələrlə şahidi olmuşuq.İllərlə həyat yoldaşı Qaçaq Nəbi ilə at belində çiyin-çiyinə vuruşan Həcərdən,daha 15 yaşında ikən terrorçuların yerini hərbiçilərə göstərərək şəhid olan Eren Bülbüle,"Siz evlisiniz,ailəniz,övladlarınız var"deyərək düşmən qərargahına girərək erməni rütbəlilərini öldürən 19 yaşlı Dövlətzadə Cəbrayıldan, 15 iyul,2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı,"Ömer,bu yolda gitmek var,dönmek yok,vur"əmri alıb,çevriliş liderini öldürən,özü 30 güllə yarası ilə şəhid olan 42 yaşlı Ömer Halisdemire kimi minlərlə qəhrəmandan bəhs edə bilərik...
Bu günkü qəhrəmanımızı Göyçayda kiçikdən böyüyə Arif baba olaraq tanıyırlar..Hətta öz həmyaşıdları belə ona məhz Arif baba deyə müraciət edir..
Kimdir Arif Baba???
Arif baba 1941-ci il,iyulun 1-də Göyçayın Ləkçıplaq kəndində anadan olmuşdu.
Səkkiz övladı olan Arif baba müharibənin ağrı-acısı ilə həm uşaqkən,həm ata olarkən tanış olub..Belə ki,Birinci Qarabağ müharibəsi zamanı Arif Babanın oğlu İsmayıl yanvarın 29-da,Kəlbəcərin Qanlı kəndində gedən döyüşlərdə şəhid olur..
Oğlunun Şəhadət zirvəsinə ucaldığını mətanətlə,başı dik,gürurla qəbul edir Arif Baba..Nə boynunu bükür,nə qəddini əyir..
"Oğlum ən uca zirvəyə şəhadətə ucalıb.Bu hamıya nəsib olmaz.Belə bir övlad böyütdütüm üçün fəxr edirəm"deyir.
Bizim Qəhrəmanımız "Səngərdə olan  hərkəs mənim övladımdır"deyərək dayanmadan ön cəhbəyə yardım aparır.Yeməkdən,isti geyimə,yatağa kimi..Beləcə cəhbə bölgəsində Arif babanın namı yayılmağa başlayır..Arif baba qışın soyuğunda,yayın istisində,bayramlarda ön cəbhədə olur..
Bir övladını itirən Arif Baba minlərlə övlad qazanır..
Beləcə bizim 81 yaşlı Qəhrəmanımız Arif babanın doğum günündə təbrik etmək,vəfa borcumuzun kiçik bir zərrəsini ödəmək istədim..
Göyçayın,Ləkçıplağın qüruru,Arif Babam,doğum gününüzü təbrik edirəm.

Cinarə Seyran.
"Vetenim-Azerbaycandır.az".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI