Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Klip çəkilişində mənə təcavüz etdi”

Klip çəkilişində mənə təcavüz etdi”
29-01-2022, 10:43 296 dəfə baxılıb

Amerikalı tanınmış aktrisa, model Evan Reyçel Vud 2007-2010-cu illərdə eşq yaşadığı müğənni Merilin Mensonun klip çəkilişi zamanı ona təcavüz etdiyini iddia edib.

Vətənim-Azərbaycandır.az” xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa bu barədə "Feniks Rising" sənədli filmində danışıb.
34 yaşlı Vudun sözlərinə görə, həmin klip üçün simulyasiya edilmiş seks səhnəsi planlaşdırıblar:
“Amma kameralar işə başlayan kimi o, həqiqətən də bunu etməyə başladı. Bu, mənim istəmədiyim bir şey idi. Mən peşəkar aktrisayam, bütün həyatım boyu bunu etmişəm və həyatımda heç vaxt bu qədər qeyri-peşəkar çəkiliş meydançasında olmamışam. Tam xaos var idi və özümü rahat hiss etmirdim. Heç kim məni qorumurdu. Videonun çəkilişi, həqiqətən, kədərli bir təcrübə idi. Mən özümü necə müdafiə edəcəyimi və ya yox deyəcəyimi bilmirdim”.
Aktrisa əlavə edib ki, yalançı bəhanələrlə kommersiya xarakterli cinsi əlaqəyə məcbur edilib: "O zaman mənə qarşı ilk cinayət edildi və kamera qarşısında zorlandım".
Vudun bu ittihamlarından sonra keçmiş sevgilisi Mensonun “Oğluna da təcavüz edəcəyəm” təhdidinə əl atdığı bildirilib.
Qeyd edək ki, M.Menson evini satıb. Qurbanı olduğunu iddia edən şəxslərdən birinin “təcavüz otağı” kimi təsvir etdiyi otağın da olduğu evi kimin aldığı açıqlanmayıb. O, 1 milyon 750 min dollara satışa çıxardığı evi 1 milyon 853 min dollara satıb.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI