Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

QAZİ QARDAŞLARIM.....

QAZİ QARDAŞLARIM.....
5-07-2022, 08:30 482 dəfə baxılıb

QAZİ QARDAŞLARIM.....

2020 ci il sentyabr ayının 27 si.... Möhtərəm prezidentimiz İlham Əliyevin göstərişi ilə cəng meydanına atılan oğullarımızın qanı bahasına alınan QARABAĞIMIZ.
       2 İlə yaxındır ki, Qarabağımızın uğrunda ŞƏHİD olan oğullarımızın şəhadət günlərini qeyd edirdik.Şəhidlər unudulmur .Onlar bizim qan yaddaşımızdır.Birdə CANLI ŞƏHİDLƏRİMİZ var .Torpaqlarımız uğrunda canlarını fəda edən oğullarımız hansı bölgədən olur olsun , onlar bizim ; Atalarımız,qardaşlarımız,oğullarımızdır.
Bu gün sizlərə Doğum günlərini qeyd etdiyimiz Gəncə şəhərindən səfərbərliyə gedib Qarabağ uğrunda döyüşlərdə iştirak edən və çoxsaylı güllə ,qəlpə yarası olan QAZİ QARDAŞIM Elşən İsmayılovdan və Mirmahmud Əhmədovdan bəhs edəcəm.
1979 cu ilin 29 iyununda anadan olmuş Elşən Ismayilov 14 yaşından 1993 cü ildə Türkiyə Cumhuriyyətində Hərbi məktəbə getmiş ,1997 ci ildən Azərbaycan Respublikasinin Silahlı qüvvələrində 2020 ci Qarabağ döyüşləri zamanı oktyabr ayının 4 də SUQOVUŞAN uörunda gedən döyüşdə ağır yaralananadək ,24 il Vətənimizə xidmət etmişdir.Ağır güllə yaraları alan QAZİ QARDAŞIMIZ Elşən İsmayılov bu gün Gəncəmizin fəxridir.
1999 cu ildə anadan olmuş Mirmahmud Əhmədov da 2020 ci il sentyabr ayında səfərbərlik zamanı könüllü olaraq müharibəyə getmiş və Xankəndi uğrunda gedən döyüşlərdə agır yaralanmışdır.Hər iki QAZİMİZ möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən orden və medallarla təltif olunmuşlar.
Bu yaxınlarda hər iki Qazimizin DOĞUM GÜNÜNÜ qeyd etmək üçün şəhərimizin gözəl məkanlarının birində toplaşıb kiçik bir ziyafət təşkil etdik.Şairə publisist Nəsibə xanım İsrafilqızının Gəncədə olmasını fürsət bilib ondan bizim tədbirdə iştirak etməsini xahiş etdim.O,da bu xahişimi yerə salmayıb tədbirdə ürəklə iştirak etdi.Nəsibə xanımın gözəl şerləri QAZİ QARDAŞLARMIZI kövrəlti .Belə DOĞUM GÜNÜ hədiyyəsi təbii ki,çox ürək açan idi.
QARTAL KİMİ GÖYLƏRDƏ AĞ DUMANA BÜRÜNDÜK,
TORPAĞI QUCAQLAYIB ,DİZİN DİZİN SÜRÜNDÜK.
ÖPUB BAYRAĞIMIZI,ANDA SADİQ QALAN BİZ,
YURDUNU YAĞILARDAN 44 GÜNƏ ALAN BİZ
VƏTƏN AŞİQLƏRİYİK!
Bu arada elə bu yazı vastəsi ilə Nəsibə xanıma dəvətimə qəbul edib tədbirdə iştirakına görə minnətdarlığımı bildirirəm.Elin sevimli mərd qızı üzün ağ olsun.Var ol.Var ol ki,vətənimizi,Şəhidimizi,Qazimizi sənin sözlərinlə vəsf edək.
Tədbirimizdə daha iki qonağımız iştirak edirdi.Türkiyədən ölkəmizə qonaq gələn iş xanımları,Haticə Yaşaroğlu və Eminə Bilgin dəvətimi qəbul edib Doğum Günü tədbirimizdə ürəklə iştirak etdilər.Onlar üçün gözlənilməz bir dəvət olsada bu dəvətdən məmun olduqlarını dilə alıb ,QAZİ QARDAŞLARIMIZI bizlərlə bərabər təbrik etdilər.Məmməd Əmin Rəsulzadənin sözləri ilə təbrik çıxışına başlayan Haticə xanım” Torpaq əgər uğrunda ölən varsa vətəndir “ və siz Azərbaycan qardaşlarımız canınız bahasına Qarabağımızı alıb bizləri utancdan qurtardız deyə səsləndi.Bunun üçün sizlərə nə qədər borcluyuq bilə biləmzsiz deyən Haticə xanım bu sözləri ilə qəlblərimizi riqqətə gətirdi.İki dövlət bir millət olduğumzu və Türk birliyinin olmasını ,həmçinin millət və dövlət olaraq hər zaman yanımızda olduqlarını dilə gətirdi qonağımız.Məndə bu gözəl sözlərinə görə Haticə xanıma öz dərin təşəkkürümü bildirirəm.
Tədbirdə daha çox QAZİ QARDAŞLARIMIZ iştirak edirdi.Birinci Qarabağ və ikinci Qarabağ veteranlarının bir arada olması çox qürur verici idi.
ƏZİZ QAZİ  QARDAŞLARIM  Sizlərin var oluşu biz Azərbaycan xanımlarının ləyaqətinin tapdanmaması deməkdir.Allah Sizləri qorusun.Doğum Günü olan Elşən və Mirmahmud qardaşımı səmimi qəlbdən təbrik edir ,onlara uzun ömür xoşbəxt  həyat arzulayıram.SEVGİLƏRLƏ;

 SİTARƏ İSRAFİLQIZI
"Vətənim-Azərbaycandır.az"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI