Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

12 DEKABR ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN anım günüdür.

12 DEKABR ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN anım günüdür.
12-12-2021, 15:10 871 dəfə baxılıb

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 18 il keçir . Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib, SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.Ömrünü öz xalqına adayan Möhtərəm Prezident Ulu Öndər Heydər Əliyev  2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq versədə  səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan imtina etmişdir.
Böyüklə böyük ,kiçiklə kiçik olan Ulu Öndər uşaqların Heydər Babası oldu.Bu qədər səmimi davranış sərgiləyən bir insan heç zaman unudulmaz.
12 dekabr 2003 cü ildə ABŞ da Klivlent xəstəxanasında dünyaya gözlərini əbədiyən yuman Heydər Baba bütün Azərbaycanlıları və Azərbaycan sevənləri kədərə boğdu.
Ölümündən 18 il keçməsinə baxmayaraq bu gün Heydər Əliyev adı səsləndə insanların simasinda bir sevgi dolu nisgil görünür.Hər kəs onun ziyarətinə getməyə can atir və bunu özünə borc bilir .Ürək yanmasa gözdən yaş çıxmaz deyirlər.Heydər Əliyev adı gələndə gözlər yaşla dolursa bu ona sevginin sübutudur.Böyük şəxsiyyətin anım günü Azərbaycan Respublikasının hər yerində ,hətta dünyanın əksər ölkələrində qeyd edilir .Gəncə İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunma Mərkəzi olaraq bizdə ULU ÖNDƏRƏ öz borcumuzu onu ziyarət etməklə qaytarmağa çalışdıq.Hər zaman bizimlə birgə addımlayan Qazı qardaşlarımızda bu gün bizlərin yanında oldular və Ulu Öndərimiz Heydər Əliyevi onlarla birgə ziyarət etdik.MƏKANIN CƏNNƏT OLSUN HEYDƏR BABA.AMİN.


  Starə İsrafil qızı Gəncə İnsan Hüquqlarının Müdafiəsi
Və Ekologiyanın Qorunması  Mərkəzinin
Sədri.
"Vətənim-Azərbaycandır".az

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI