Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İlham və Fərizə.

İlham və Fərizə.
30-06-2022, 17:42 414 dəfə baxılıb

Bəziləri dünyaya hamı kimi gəlir, amma hamı kimi yaşamır. Yaşamları, ad günləri, toyları belə hər kəs üçün xüsusi günə çevrilir. Elə İlham Allahverdiyevlə Fərizə Nəbiyeva kimi. Bəli, İlham və Fərizə…


XX əsrin sevgi dastanı, Qanlı Yanvarda şəhid olan cütlüyün bu gün toylarının ildönümü, Azərbaycan üçün isə sevginin günü - “Sevgililər günü”dür.

1990-cı ilin qanlı 20 Yanvarında İlham Allahverdiyev şəhid olduqdan sonra yenicə evləndiyi xanımı də məzara tapşırılanadək özünü ona çatdırmış, həyatına qıymışdı.

Elə bu sevgi, fədakarlıq da onların toy gününü ölkədə “Sevgililər günü”nə çevirdi. Belə ki, 1989-cu il 30 iyunda evlənən cütlüyün toy tarixi 2004-cü ildən Azərbaycanda “Sevgililər günü” kimi qeyd edilir. Bu tarix bizlər üçün əsl sədaqət və məhəbbət bayramıdır.İlhamın qardaşı Elxan Allahverdiyev qardaşının şəhid olacağına əvvəldən hazırlıqlı olduqlarını deyib:

“İlhamın yoxluğu mənim üçün çox çətindir. Yaşlandıqca, adam ətrafında o arxa-dayağı görməyəndə lap acizləşir. İlham da məni acizləşdirdi… Onun barəsində danışmaq mənə ağır gəlir, çünki hamı bilirdi İlham necə oğuldur. Biz ailədə 5 uşaq olmuşuq - İlham, mən, bacılarım. Böyük övlad mən idim, İlham evin üçüncüsü idi. 1988-ci ildən o hərəkatın içində idi. Dostları yanında öldürüləndən sonra ümumiyyətlə özünə yer tapa bilmirdi. Hərəkat zamanı İlham meydanlarda olub, günlərlə evə gəlmirdi. Deyirdim ki, gəl evə deyirdi “yox, qızlarımız burdadır, gələ bilmərəm”. Yəni belə qeyrət çəkən övlad idi.

Fərizəni uşaq vaxtından tanıyıb. Fərizə bacımla eyni sinifdə oxuyurdu, bizim evin qızı idi. Bir-birlərini sevərək, istəkli ailə qurmuşdular. Qardaşım şəhid oldu, onu 10 baş da yuxarı qaldıran Fərizənin atdığı addım oldu. 
🇦🇿 Allah rəhmət eləsin 🥀🙌🇦🇿

Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI