Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bayramda qurbanlıq heyvanların satış məntəqələri ilə bağlı RƏSMİ AÇIQLAMA.

Bayramda qurbanlıq heyvanların satış məntəqələri ilə bağlı RƏSMİ AÇIQLAMA.
29-06-2022, 15:07 279 dəfə baxılıb

“Bayram günlərində daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyini nəzərə alaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət orqanları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirəcək”.

"Vətənim-Azərbaycandır.az"məlumatına görə, bunu AQTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.

Onun sözlərinə görə, Qurban bayramı günlərində əvvəlki illərdə olduğu kimi qurbanlıq heyvan kəsimi və satışı xidmətləri müvafiq qurumlarla birlikdə əvvəlcədən müəyyənləşdirilmiş ünvanlarda təşkil ediləcək:

“Bu satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblərə uyğun kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, regionlarda AQTA ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı nəzərdə tutulur. Hazırda respublikanın bütün yerlərində heyvan kəsimi məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür. İndiyə kimi müəyyənləşdirilmiş yerlərin sayı təxminən 130-dan çoxdur. Onlardan 70-ə yaxını kəsim məntəqələridir. Ola bilsin ki, rəqəmdə dəyişiklik ola bilər. Proses davam etdiyindən Qurban bayramına bir neçə gün qalmış ünvanlar açıqlanacaq”.

“Bayram günlərində AQTA-nın müfəttişləri aidiyyəti dövlət qurumları ilə birlikdə nəzarət tədbirlərini gücləndirəcək”, - deyə o əlavə edib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI