Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlar tezliklə dünyanın ən gözəl məkanlarından birinə çevriləcək - Elşad Həsənov (FOTO)

Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlar tezliklə dünyanın ən gözəl məkanlarından birinə çevriləcək - Elşad Həsənov (FOTO)
28-06-2022, 21:58 210 dəfə baxılıb

Azərbaycan Prezidentinin Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri, açılışlarda və təməlqoyma mərasimlərində iştirakı, aparılan işlərə şəxsən nəzarət etməsi hər birimizə fəxr və sevinc hissi yaşatdı. Azərbaycan dövlətinin azad edilmiş ərazilərdə həyata keçirdiyi sürətli bərpa prosesi, Qarabağda və Şərqi Zəngəurda hərbi müdafiə sistemlərinin gücləndirilməsi həqiqətən də qürurvericidir.


Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə açıqlamasında 1-ci Qarabağ Müharibəsi veteranı, siyasi ekspert Elşad Həsənov bildirib.

O əlavə edib ki, Azərbaycan Prezidentinin birbaşa rəhbərliyi ilə azad edilmiş ərazilərdə reallaşdırılan yeni və müasir infrastruktur layihələri ölkəmizin iqtisadi imkanlarını ortaya qoyur: “Azərbaycan dövləti öz gücünü bütün dünyaya nümayiş etdirir. Biz Qarabağ və Şərqi Zəngəzuru yenidən qurmaq və yaratmaqla xalqımızın qurucu olduğunu göstəririk. Ermənilər 30 il torpaqlarımızda daşı-daş üstündə qoymadılar. Amma biz cəmi 2 ilə yaxındır ki, sıfırdan kəndlər, qəsəbələr, şəhərlər inşa edirik. Bu, həm də Azərbaycan Prezidentinin öz torpağına, xalqına və dövlətinə necə bağlı olduğunu nümayiş etdirir. Biz əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlar tezliklə dünyanın ən gözəl məkanlarından birinə çevriləcək”.

Elşad Həsənov, həmçinin qeyd edib ki, 44 günlük Vətən Müharibəsində qələbə qazanaraq Ermənistanı diz çökdürsək də, müəyyən təhdidlər hələ də mövcuddur. Bunun üçün isə hərbi-müdafiə sistemlərimiz ən yüksək səviyyədə inkişaf etdirilir: “Qarabağ və Şərqi Zəngəzurun müdafiəsi, düşmənin hər hansı təhdidinin qarşısının qətiyyətlə alınması üçün bu ərazilərdə möhkəmlənmə işləri durmadan davam etdirilir. Yeni komando birləşmələri yaradılır, ordumuzun gücü artırılır. Bu da, əlbəttə ki, çox vacib məsələdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu istiqamətdə qarşıya çox ciddi vəzifələr qoyub və bu, bir neçə onilliklər sonraya hesablanmış hədəflərdir”.

"Vətənim-Azərbaycandır.az".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI