Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şabran rayon Tofiq Abbasov adına 1 nömrəli məktəb də Son zəng keçrildi.

Şabran rayon Tofiq Abbasov adına 1 nömrəli məktəb də Son zəng  keçrildi.
15-06-2022, 14:23 1 018 dəfə baxılıb

Ömrümüzün ən şirin, duyğulu və qayğısız günlərinin birləşdiyi məktəb illəri "Son zəng"in sədaları altında bitir. Bu zəngin sədaları isə ən çox 11-cilərin qəlbinin simlərini titrədir. Bu zəng ilə 11-cilər tənəffüs üçün dəhlizə yox, müstəqil həyat üçün yeni mərhələyə qədəm qoyurlar.


İyunun 14-də ölkəmizin bütün ümumtəhsil müəssisələrində olduğu kimi, Şabran rayonunda yerləşən Tofiq Abbasov adına 1 nömrəli məktəb də “Son zəng” çalındı. Tədbirdə iştirak edən məzunlar, müəllimlər, qazilər, şəhid valideyinləri, "Vətənim-Azərbaycandır.az" sayıtının bölgə müxbiri, məktəb direktoru əlamətdar günü bir yerdə qeyd etdilər.
Məktəbin bir qrup fəal müəllim və şagirdləri məktəbin fəxri fərmanları ilə təltif olundular.Məktəbin direktoru 44 günlük Qarabağ döyüşlərinin qəhramanı Şabran rayonunun fəxri Fikrət Müəllim de öz ürey sözlərini əziz məzunlara bildirdi.Gələçək həyatlarında uğurlar arzulayaraq daim öz vətəninə xalqına laiqli vətəndaş olmalarını arzuladı.
İnsan hayatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də "Son zəng"dir.Uşaqlığımızın ən çılğın, ən qayğılı vaxtları məktəb illərində olur. Har dəfə məktəbdən söz düşəndə, məktəbi görəndə ürəyimiz sızıldayır, qəlbimizin dərinliklərindən "kaş o günlərə dönə biləydim" arzusu keçir. Man bu əziz gün münasibətilə bütün məzunları təbrik edir, arzu edirəm ki, tələbə adına layiq görülüb öz əməlləri ilə Vətənimizin adını həmişə zirvələrə ucaltsınlar.Tədbirdən sonra Məktəbin müəllim və məzunları şəhidlər xiyabanına gedərək Onları yad etdilər.

Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az" xəbər informasiya portalının
Şimal zonası üzrə bölgə müxbiri.
Əzizov Zaur _ Foto Muxbir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI