Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bugün xalqımız Heydər Əliyev siyasətinin uğurlarını gündəlik həyatında hiss edir,onunla yaşayır və onunla fəxr edir.

Bugün xalqımız Heydər Əliyev siyasətinin uğurlarını gündəlik həyatında hiss edir,onunla yaşayır və onunla fəxr edir.
15-06-2022, 12:55 627 dəfə baxılıb

Xalqları tarix boyunca səfərbər edən, fərdləri ortaq təhlükələr qarşısında birləşdirib, onları tək bir bədən kimi hərəkət etməyə sövq edən sosio-psixoloji və sosio-mədəni dəyərlər vardır ki, bunlar; vətən sevgisi, dini inanclar, ailə bağları, milli mədəniyyət dəyərləri və gələcəkdə eyni ideallar üçün birlikdə çalışan, həyati tələbatlar kimi anlayışlardır. Tarix boyunca, çox müxtəlif cəmiyyətlərdə bu anlayışların bir neçəsi zəiflədilərək əvəzinə insanları əks istiqamətə yönəldərək idarə etmək istəyən doktrina və ideologiyalar meydana gəlmişdir. Xüsusilən19-cu əsrin 2- ci yarısı və 20-ci əsr bu cür doktrinaların xalqları sürüdükləri acı nəticələrin tarixi olaraq qarşımıza çıxmışdır.

1991-ci ildə müstəqillik əldə etdikdən iki il sonra ictimai həyatın bütün sahələrini əhatə edən xaos ölkədə silahlı qüvvələrin və hər kəsin yaşayış şəraitini çətinləşdirdi.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı olaraq işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin sosial vəziyyətinin ağırlaşması göstərdi ki, ölkəni bu bəlalardan xilas edəcək, xalqı özündən sonra aparacaq rəhbərə ehtiyac var. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü dözülməz vəziyyətdən çıxara bilən yeganə şəxs Heydər Əliyevdir. Əslində bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında birləşməklə öz gələcək taleyini həll etmək istəyirdi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışını səsləndirərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələr gözlənilən ölkəmizi bəlalardan xilas etdi. Elə həmin gün, sözün əsl mənasında, ölkəmizin taleyində dönüş nöqtəsi oldu, böyük qurtuluş yolunda mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə o gündən başlayıb.
15 iyun Heydər Əliyev Azərbaycan parlamentinin sədri seçildi. Böyük risklərə baxmayaraq, Ulu Öndər cəsarətlə xalqı azad etmək vəzifəsini öz üzərinə götürdü.
Belə ki, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olunub və 1997-ci ildən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.
Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövlət idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq. Bunu demək yerinə düşər ki, hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu.
Heydər Əliyev həyatı böyu qurucusu olduğu Azərbaycanın tarixi məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra ölkəmizin ictimai həyatında və dövlət quruculuğu sahəsində xalıqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılmış köklü islahatlar nəticəsində dövlətimiz beynəlxalq aləmin bərabərhüquqlu üzvünə çevrilmişdir.
Möhtərəm Liderin cəsarətli və balanslı siyasəti ilə ölkə daxilində sabitliyin təmin edilməsi istiqamətində gedən proseslər inkişaf və rifah istiqamətində siyasi, iqtisadi, sosial və mədəni sahələrdə hərtərəfli tədqiqatlara çevrilmişdir.
Bir çox bəlaları arxada qoyan Azərbaycan bir çox böyük qlobal layihələrdə iştirak edən, müstəqil xarici və daxili siyasət yürüdən, böyüyən, inkişaf edən və beynəlxalq miqyasda nüfuzlu bir ölkədir.
Dünyada güclü və nüfuzlu dövlət kimi tanınan, yüksək nüfuza və müsbət beynəlxalq reputasiyaya malik olan müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir. 
Bu gün xalqımız Heydər Əliyev siyasətin uğurlarını gündəlik həyatında hiss edir, onunla yaşayır və onun irsindən faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin alternativsiz siyasi varisi cənab İlham Əliyevdir. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanır, yeni zirvələr fəth edir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu keyfiyyətcə yeni müstəvidə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rol və nüfuzunu artırır. Xalqımız bu siyasəti yüksək dəyərləndirir.

Müasir fəlsəfəmizi formalaşdıran və dünya görüşümüzü geniş miqyasda stimullaşdıran  
 "ƏBU TURXAN" ın uzaqgörənlik və mənəvi həssaslıqla söylədiyi çağırış xarakterli kəlamlara istinadən;

      "- Dövlət nə zaman daha möhkəm olur?!
        - Dövlət təmsilçiləri xalqdan ayrı olma-
          yanda''      
   
 Və bu çağırışa cavab olaraq, Hörmətli Prezidentimizin səsləndirdiyi həmrəylik şüarına istinadən;

          ''Biz birlikdə güclüyük Azərbaycan!!!''

Eşq olsun, hörmətli Prezidentimizə 
Eşq olsun, dövlətimizə, xalqımıza, millətimizə!

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edir, Azərbaycan Respublikasının Ulu Öndəri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edirəm.

   Həsrətini çəkəcəyəm
   illər boyu,
   Kövrək qəlbim
   Oyum-oyum oyulacaq,
   Eşqin ilə yaratdığım
   bu dastanın
   son nöqtəsi
   mən öləndə qoyulacaq!
                                          (Zəlimxan Yaqub)

Uzaqgörən, müdrik, dahi ULU ÖNDƏR!
Ruhun şad olsun əzizlərindən, Vətəndən!

Sevil Orucova.
Nərimanov Tibb Mərkəzinin həkim-pediatrı.

"Vətənim-Azərbaycandır.az".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI