Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

17:40 - İlham Əliyev: “Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”

17:37 - Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

17:36 - Azərbaycan-Ermənistan sərhədində ilk dirək: Normallaşmanın başlanğıc nöqtəsi - ŞƏRH + FOTO

17:31 - Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

17:28 - YUBİLEY TƏBRİKLƏRİ.

16:52 - Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”

16:26 - Azərbaycan Prezidenti: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”

16:25 - Prezident: “Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri artıq bilirik”

16:23 - Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

16:22 - Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

11:45 - Əliyev: "Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir"

21:20 - RAFİQ MÜƏLLİM 70 İLLİK YUBİLEYİNİZ MÜBARƏK

16:23 - BİZİM DOĞMA TORPAĞIMIZ ZƏNGƏZUR, GÖYÇƏ MAHALI, İRƏVANDIR. İLHAM ƏLİYEV.

16:21 - Verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir

12:32 - Keçmiş məcburi köçkün: “Altı yaşında Füzulidən çıxdıq, indi isə altı yaşlı övladımla geri qayıdıram” - FOTO

YAP Quba Rayon Təşkilatında 15 iyun Qurtuluş gününə həsr olunmuş tədbir keçirildi.

YAP Quba Rayon Təşkilatında 15 iyun Qurtuluş gününə həsr olunmuş  tədbir keçirildi.
14-06-2022, 20:10 511 dəfə baxılıb

14 iyun 2022-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 –iyun Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatında "Qurtuluşdan Zəfərə” mövzusunda tədbir keçir

14 iyun 2022-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 –iyun Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatında "Qurtuluşdan Zəfərə” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin Başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri,Quba rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov,Quba rayon İcra Hakimiyyəti yanında İctimai Nəzarət Şurasının sədri Laçın Səfərəliyev, YAP Quba rayon təşkilatının əməkdaşları və partiya fəallları iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslədirilməsi ilə başladı.

Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutlaa yad edilmişdir.
    Tədbiri YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova açaraq tədbir işrirakçılarını salamladı, 15 iyun Milli Qurtuluş Gunu münasibətilə təbrik etdi və diqqətə çatdırdı ki, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli dövlət xadimi olan Ulu Öndər Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarıq missiyası, zəngin dövlətçilik nümunəsi göstərmişdir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərərək, qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır.

Çıxış edən Quba Rayon İcra Hakimiyyətinin Başçısı cənab Ziyəddin Əliyev müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tükənməz ibrət məktəbi olduğunu bildirmişdir. Qeyd etmişdir ki, intibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Sonra çıxış edən Quba rayon Ağsaqqallar Şurasının sədri İldırim Məmmədov Ümummilli Lider Heydər Əliyevin Tanrının Azərbaycan xalqının taleyinə bəxş etdiyi bir qismət, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən bir dahi insan olduğunu bildirmişdir.

Quba rayon İcra Hakimiyyəti yanında İctimai Nəzarət Şurasının sədri Laçın Səfərəliyev çıxışında bildirmişdir ki, dahi şəxsiyyətin «ömrümün qalan hissəsini də xalqıma bağışlayıram» deyib, meydana atılması, böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etmişdir.
Azərbaycan Pedoqoji Universitetin Quba filialının direktoru Yusif Alıyev şıxış edərək qeyd etdi ki, 15 iyun - Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür, xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ulu Öndərimiz Heydər Əliyevdir. Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb.
   

 Tədbirin sonunda ərazi partiya təşkilat sədrlərinə və Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş üzvlərə partiya vəsiqələri təqdim edildi. Daha sonra partiya vəsiqəsi alan Hacıəli Məmmədov, partiyanın Quba rayon təşkilatının yaradıcılarından olan Əlövsət Ağarəhimov partiyanın keçdiyi  çətin, şərəfli yoldan danışdılar və 15 –iyun Milli Qurtuluş Günü ilə əlaqədar tədbir iştirakçılarını təbrik etdilər.

"Vətənim-Azərbaycandır.az".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI