Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

15 İyun – Milli Qurtuluş Günü!!!

15 İyun – Milli Qurtuluş Günü!!!
12-06-2022, 11:41 952 dəfə baxılıb

15 İyun – Milli Qurtuluş Günü!!!


Xalqımızın taleyində böyük əhəmiyyəti olan günlərdən biri də tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür.
O, gün ki, milli ruhumuzun yenilənməsi və çiçəklənməsi uğrunda bir dönüş oldu. 
 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin iyun ayında Milli Məclis 15 iyun gününü bayram elan etmişdir.
Elə məhz bu addımı ilə Azərbaycan xalqının böyük oğlu Ümummilli Liderimiz Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşdü.
 1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş demək idi. 
Ölkə Başçımız Cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Qurtuluş günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Ulu öndər Heydər Əliyevdir.
Bu siyasətin layiqli davamçısı bu gün Azərbaycanımız zəfərə, qalibiyyətlə qədər gətirib çıxardan Müzəffər Ali Baş Komandanımız olan İlham Heydər oğlu Əliyevdir.
Bu gün hər kəsdə bir başqa qürur, bir başqa milli oyanış vardır.
Hələ illər öncə Uıu Öndərin səylərinin, arzuların, davamı olaraq azad, Azərbaycanın vətəndaşı olaraq ömr etmək yazıldı ömür yolumuza. Qürurluyuq, fəxarətimiz yerə göyə sığmır!
Cahan dövlətləri içində hələ də öz yolunu tapmayan, müstəqilliyini bərpa edə bilməyən, öz dili və dininə sadiq olmayan yüzlərlə dövlət vardır.
Azərbaycan isə bu gün dünyaya özünü sübut edən, Zəfər çələnginə bürünən qalib dövlətlər sırasındadır.
Qurtuluşun mübarək Azərbaycanımız!

Nəhayət Şirinova
İctimaiyyətçi, yazar.
ADPU Quba filialının əməkdaşı.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Vətənim-Azərbaycandır. az xəbər portalının şimal zona rəhbəri.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI