Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Gələcəyimizi geri qazanaq.

Gələcəyimizi geri qazanaq.
11-06-2022, 17:40 1 802 dəfə baxılıb

Gələcəyimizi geri qazanaq.


Niyə müəllimin nüfuzu aşağıdır?

Niyə illər öncə bizlər müəllimlərimizə qeyri-adi varlıq kimi baxırdıq,indi belə müəllimlərimizin adı gələndə üzümüzdə bir təbəssüm olur-onları sevərək xatırlayırıq, (ibtidai sinif müəlliməm-Dilbər müəllimə ona borcluyam) amma indi şagirdlərimizin sosial şəbəkələrdə yayılan müəllimə qarşı xoş olmayan davranışları yayılır?Cəmiyyətimiz mənfiyǝ doğru dəyişilirmi?Müəllimin səbir daşı çatlayırmı?Çoxmu səbir edirik?Düzgünmü yönəltmirik?Səbəb nədir? Bu sualların siyahısı uzandıqca uzanar. Amma həqiqət deyə bir şey var. Faktiki müəllim nüfuzdan düşür.

Vəəəə bu bizim sistemin xətasıdır. Biz necə yönəltsək şagirdlər o cür yönələcəklər.İş bizdə bitir. Bizlər gələcəyimizi məhv edirik,sonra kənardan durub onları müzakirə edirik. Hər birinə də" tərbiyəsiz" damğası vururuq.GÜNAHKAR BİZLƏRİK. Özümüzü müzakirə edək. Səhvlərimizi düzəldək.

Problem nədir?

Burda bir neçə faktor var.

Şagirdin sinifdə deyil də repetitor yanında təhsil alması. Şagirdin etdiyi yanlışlara görə cəzasız qalması. (cəza dediyim şiddət deyil. Əsla .Adı belə şagird sözü ilə birlikdə hallana bilməz Arzuolunmaz davranışı arzuolunan davranışa çevirmək üçün xüsusi taktikalar).

"2" qiymətinin alma qorxusunun olmaması (heç bir şagirdin 2 alma qorxusu yoxdur,çünki nə olur olsun məktəbi bu və ya digər şəkildə bitirib,attestat alacaq). Valideyn olaraq övladlarımıza az vaxt ayırmamız Dərsdən yayınmaların normal qəbul olunması. Öyrənmə istəyinin azalması:bax bu sonuncu daha mühimdir.

Hazırkı gündə təhsili olmayan birinin (biri mağaza açıb yaxşı qazanır) təhsilli birindən (müəllim normal yaşamaq üçün məktəbdən sonra əlavə işlərdə işləyir ki,ehtiyaclarını ödəsin)daha yaxşı yaşaması.
Hansı şagirdləri tədris ili boyunca uğurlarına görə
fərqləndiririk ki,digərləri də ona baxıb stimullaşsın?
Universitetə yüksək nəticə ilə (600 baldan yuxarı) daxil olan məktəbli icra hakimiyyətləri tərəfindən xüsusi qiymətləndirilir.Bu çox gözəl örnəkdir.Şagirdlərə nə də olsa bir stimuldur. Əlbəttə ki,qiymətləndirilmələri üçün çalışılmamalıdır.Şagird özü üçün,gələcəyini qurmaq üçün cəhdlər etməlidir,amma qiymətləndirilmək də hər bir
şagirdin ruhunu oxşayar,bu da danılmazdır.
Vahid bir qanun çıxarılmalıdır(məktəbdə şagirdin davranış pozğunluqlarında ala biləcəyi cəzalar haqda). Bu qanunun çıxarılması ümumi müzakirəyə qoyulmalıdır(yəni 3-4 nəfər vəzifəli şəxs qərar verməməlidir. Müzakirə müəllimlərlə aparılmalıdır). Bu qanun cəmiyyətə elan olunmalıdır(Hər şeyi reklam edə bilirik,cəmiyyət maariflənməlidir). Məktəblərdə təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün ilk öncə tərbiyə işləri yoluna qoyulmalıdır. Müəllim sinfə daxil olduqda şagirdin nə öyrənəcəyinə hazır olması üçün toplum olaraq, dövlət olraq sistemli çalışmalıyıq. Bu bizim xalqımıza,gələcəyimizə borcumuzdur.

Nailə Axundova.
"Vətənim-Azərbaycandır.az".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI