Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Silah zavodundakı partlayış necə olub? - Cinayət işi açıldı

Silah zavodundakı partlayış necə olub? - Cinayət işi açıldı
9-06-2022, 10:04 364 dəfə baxılıb

Ötən gün Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Şirvan Araz zavodu”nda baş vermiş partlayışla bağlı cinayət işi başlanılıb.


Vətənim-Azərbaycandır.az”ın əldə etdiyi məlumata görə, dünən saat 13:30-da zavodun poliqonunda baş vermiş partlayış nəticəsində baş konstruktor 1986-cı il təvəllüdlü Razi Almazovun xəsarətlər alması ilə bağlı Cinayət Məcəlləsinin 162.1-ci (Əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə iş başlanılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, partlayış yeni seriyası istehsal edilmiş və şərti adı “Maral” olan minaatan mərmisinin sınağı zamanı baş verib. Mərmi 60 mm-lik HM14 tipli minaatana daxil edilərkən lülə hissəsində partlayış olub. Bu zaman baş konstruktor R.Almazov xəsarətlər alıb. Sınaq prosesində iştirak edən zavodun baş mühəndisi Saməddin Səfərov onu xəstəxanaya çatdırıb.

Araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI