Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“O parklanma yeri gecə saatlarında düzəldilib”

“O parklanma yeri gecə saatlarında düzəldilib”
7-06-2022, 17:34 242 dəfə baxılıb

“Heç bir quruma məlumat vermədən, heç kəsin xəbəri olmadan parklanmanı genişləndiriblər”.


Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Nizami Mayılov qanunsuz parklanma yerinin sökülməsi zamanı jurnalistlərə açıqlamasında bildirib.

“Burda əvvəl də kiçik parklanma var idi. Ağacın sökülməsi rəsmi rəy əsasında olsa da, parklanmanın genişləndirilməsi heç bir qurumun xəbəri olmadan aparılıb. Araşdırma aparılacaq. Təqsirkar varsa, cəzasını alacaq. BNA-ya müraciət edilsə də, müsbət rəy almayıblar. BŞİH-in isə məsələyə heç bir aidiyyəti yoxdur”, - deyə o qeyd edib.

N. Mayılov əlavə edib ki, parkinq gecə saatlarında təşkil edilib: “Gecə saatlarında heç bir rəsmi sənəd olmadan qanunsuz parklanma yeri düzəldilib”.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumata əsasən, həmin parkinq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.

Həmin parkinqin salınması zamanı ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib. 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI