"Vətənim-Azərbaycandır.az" saytının bölgə müxbiri kimi qədimliyi, gözəlliyi ilə hər zaman göz oxşayan Şabran rayonunun Çaraq kəndini ziyarət etdim.Mənə maraqlı olan Çaraq kəndini görmək arzumu reallaşdırdım. Kənddəki qədim qəbiristanlıq, batmış qala haqqında eşitsəm de məlumatlı deyildim.Kənd haqqında bir çox məlumatlara yiyələndim, marağlı bilgilər əldə etdim.Çox təəssüf ki, bu kənd haqqında heç bir yerdə rəsmi məlumat yoxdur. Mən bu kənd haqqında internet üzərindən də araşdırma aparmışdım ancaq heç bir məlumat əldə edə bilməmişdim.
Bugün mən Çaraq kəndində kənd camaatı ilə həmsöhbət oldum.Kənd cox qədim tarixi olduğunu ,təxmini 4 əsirə yaxın yaşı olduğunu bildirdilər.Təbiki kənddə yaşlı nəsil tapmaq biraz çətin idi. Amma orda bizə yardımçı olan Çaraq sakini Ömərov Vahid əmi bizə kəndin qədimliyi haqqında məlumat verdi.O bildirdi ki,bu kənd qədim olsada burda hec bir elmi araşdırmalar gedməmişdir.Qədim tarixi yerləri məhv olmaq üzredir.
Xüsusilə diqqətimi çəkən köhnə qəbiristanlığ olduki orda qəbirlərin üzərində ki,yazılar helə elmi cəhətdən araşdırılmayıb.Qəbirlərin üzerindeki yazılar hansı dinə, hansı qəbiləyə aid olduğu belə bilinmir.Orda böyük bir ərazini əhatə etmiş qəbirlər vardır.Hardasa 500-ilə yaxın yaşı olduğu deyilsədə helə de ora haqqında hec bir dəqiq məlumat yoxdur.Batmış qala deyilən bir ərazi var ki, kənd sakini Vahid əmi orda saxsı qabların olduğunu desede biz vaxt məhdudiyətinden ora yaxınlaşa bilmədik.İnşallah ki, gələn səfər ora mütləq gedeceyimə inanıram.Böyük bir dağın bir hissesinde olan bir ərazidə mağara görsemde məni ora gedməyimin təhlükəli olduğunu bildirdilər.Nəvaxtsa o mağaraya gedeceyimi ümüd edirəm.
Mənə maraqlı olan qədim yeməklər olduki, o haqda dəqiq hec bir məlumat yoxdur.Kənd camaatının sözlərinə görə xəşil,təpitmə, qurud olduğu bildirilir.
Kənd sakinləri yolların pis bir vəziyyətdə olduğunu ,kənd camatının köcüb geddiyini deyirlər.Hardasa kənddə 10-12 ev olduğu bildirilir.Həqiqətənde kəndin yolu cox bərbad bir vəziyyətdədir.Qışda ,yağışda o kəndə gediş gəliş məhdudlaşır.İnsanlar ora ərzaq ehtiyatlarını ödəmək üçün böyük bir yol qət etsələrde onlara o baha başa gəlir.Bu həqiqətəndə belədir.
Bugün mən bunun şahidi oldum.Kənd cox qədim tarixə malik olsada amma qədimliyini qoruyub saxlaya bilmir.Kənd artıq məhv olmaq üzrədir.
Kənd sakini Bədəlova Şərəbanı xanımda yolların düzəldilməsini xahiş edir.
Bu kəndin qədim tarixə malik olduğunu desede maləsəf artığ kəndin tarixi yerləri məhv olub gedmək üzrədir.
Kəndə yadda qalan bulağ olduki ,mən ora soyuq bulaq kimi müraciət etdim, hər dərdə dərmandır.
Bizə bugün yoldaşlığ eden Əhədov Mahir Elham oğlu olduki,özü 44günlük Qarabağ döyüşlərinin qəhramanı Cəbrayıl, Füzuli,Qubadlı, Xocavənd,Şuşa şəhərlərinin azad olunmasında könüllü olaraq iştirak etmişdir.(10.01.1994)
Qala altı kəndinin sakinidir.Amma bu qardaşımıza vetran adı verilsə də,beş rayonun azad olunmasına görə medal verilməmişdir.
İnşallah bu sevinci Mahir qardaşımıza yaşadarlar.
Bu kənd haqqında məndə çox gözəl təəsurat yarandı.Tarixi yerlərimizi bilmək gələçək nəsillərə ötürmək bizim borcumuzdur.Mən "Çıraqqala-Şabran" Dövlət-Tarix Mədəniyyət Qoruğunun Praqramçı Aparıcı Mütəxəssisi "Vətənim-Azərbaycandır.az" sayıtının muxbiri kimi bu kənddə gördüklərim diqqətimi cəlb elədi.
İnanıram ki,bundan sonra bu kənddə araşdırmalar gedər,tarixi öz qədimliyini aşkara cıxartar və nəsillərdən- nəsillərə ötürülər.
Mənim bugün burda olmağıma görə öncə ailəmə ,mənə dəstək olub yanımda olduğu üçün Ç.Ş.D.T.M.Qoruğunun şöbə müdüri Bəhlul məllimə təşəkkürlərimi bildirirəm.Bugün bizi qonaq eden kənd sakinlərinə xüsusilə Vahid əmiyə öz dərin minnətdarlığımı bildirirəm.İnşallah gələn səfər bu kənde geniş bir kallektivlə gəlmək ümüdü ilə bu kənddən ayrılıram.
Bu işdə əməyi keçən hər kəsə öz minnətdarlığımı bildirirəm.
Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az xəbər informasiya portalının Şabran rayon üzrə müxbiri.