Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şəhidlər unudulmadıqları müddətdə heç zaman ölməyəcəklər!

Şəhidlər unudulmadıqları müddətdə heç zaman ölməyəcəklər!
1-06-2022, 00:12 456 dəfə baxılıb

Şəhidlər unudulmadıqları müddətdə heç zaman ölməyəcəklər!


Şəhidlərin adının əbədiləşdirilməsi üçün ölkəmizdə demək olar ki hər gün müxtəlif tədbirlər keçirilir. Onların qəhrəmanlıqları ,keçdiyi döyüş yolu və sücaətlərindən bəhs olunan sənədli filmlər ,şeirlər,musiqilər yaranır. Bu da gələcək nəsilə ,bilavasitə ,məktəblilərin vətənpərvər böyüməsinə yol açır. Həmən tədbirlərdən biri də bu gün Sumqayıt şəhərində  
Şəhid Vüsal Allahverdiyevə həsr olundu.
May ayının 31-i Şəhid Vüsal Allahverdiyevin barelyefi və bulaq açılışı həyata keçirildi.
 Sumqayıt Şəhidlər Xiyabanında şəhidimizin məzarı ziyarət olundu məzarına çiçəklər qoyuldu,şəhidin ruhuna dualar oxundu. Sonra tədbir şəhidimiz üçün atasının məvacibi hesabına yaradılan şəkil baralyefin açılışı ilə davam etdi.Tədbirdə Qubadlı rayon İcra hakimiyyətinin başçısı Malik İsaqov, icra hakimiyyətinin başçısının birinci müavini Allahverdi Haqverdiyev, Sumqayıt cümə məscidinin axundu Hacı Rauf, YAP-ın Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Qubadlı rayon idarə təşkilat və məktəbin direktorları, müəllim kollektivi iştirak edib. Mədəniyyət və turizm idarəsinin Qubadlı şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Canangir Qurbanovun ifasında vətənpərvər bəstələrin müəllifi olan Faraim Sadiqin Vüsala həsr etdiyi musiqi səsləndi .Gənc vətənpərvər müğənni Şəbnəm Turanın ifasında səslənən Vüsala həsr olunmuş mahnı hər kəsə kövrək anlar yaşatdı. Tədbirdə həmçinin ,oxuduğu Sumqayıt şəhərinin 23 nömrəli məktəb kollektivi də iştirak etdi.Sonra Leyla Mətinin Vüsala ithaf etdiyi sözlərə Elnur Qubadlının bəstələdiyi musiqi əməkdar artist Sevinc Sarıyevanın ifasında səsləndirildi.
 Yekunda şəhidimizin ehsani üçün çay süfrəsi təşkil olundu .
Biz də Dünyaxeber.org saytı adından şəhidin ailəsinə səbir diləyir ,ruhu şad olsun deyirik.

 Leyla Mətin Dünyaxeber.org

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI