Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Komitə sədri: "Qadın və kişi boşana bilər, lakin onlar öz övladları qarşısında vəzifələrini yerinə yetirməlidirlər"

Komitə sədri: "Qadın və kişi boşana bilər, lakin onlar öz övladları qarşısında vəzifələrini yerinə yetirməlidirlər"
31-05-2022, 16:49 317 dəfə baxılıb

"Əfsuslar olsun ki, cəmiyyətdə nikahın pozulması hallarına biz yenə də rast gəlirik. Məlumdur ki, dünyada baş verən çoxsaylı proseslər ailə münasibətlərinə də öz təsirini göstərməkdədir".


"Vətənim-Azərbaycandır.az" E-huquq.az istinadən məlumatına görə, bunu Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitəsinin sədri Hicran Hüseynova deyib.

H. Hüseynova qeyd edib ki, Azərbaycanda ailə modelinin qorunub saxlanması üçün proqramlar hazırlanır, sosial layihələr həyata keçirilir, qanunlar qəbul edilir: "Belə qanunlardan biri də ailə münaqişələri, eləcə də əmək, kommersiya münasibətlərində yaranan mübahisələrin məhkəmədənkənar həll olunması üçün 2021-ci il iyun 1-də qüvvəyə minən "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunudur. Qanuna əsasən, mediasiya mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisələrin razılıq əsasında həll prosesidir və bu məhkəmədənkənar, alternativ mexanizm sayılan bu proses ailənin bütün üzvlərinin hüquq və maraqlarını müdafiə edir. Ümumiyyətlə, qeyd etmək istərdim ki, ölkədə məhkəmə-hüquq sistemində davamlı islahatlar aparılır, müsbət beynəlxalq təcrübə öyrənilir. Biz paralel aparsaq, Azərbaycanda bu sahə üzrə çevik və proqressiv addımların atıldığını müşahidə edə bilərik. Bu, əlbəttə ki, böyük nailiyyətdir və bununla yanaşı, aparılan işlər daha da genişlənməlidir".

Komitə sədri bildirib ki, ailədə baş verənlər uşağın inkişafına və onun psixi sağlamlığına uzunmüddətli təsir göstərir: "Aparılan araşdırmalar göstərir ki, ailə mübahisələri müxtəlif yaşlı uşaqlarda inkişaf pozğunluğu, narahatlıq, depresiya, davranış və digər ciddi fəsadlar yarada bilər. Eyni zamanda, tədqiqatlar təsdiq edir ki, ailə mübahisələri oğlan və qıza fəqli təsir edir və belə ki, qızlarda ailə münaqişəsi nəticəsində mənəvi, oğlanlarda isə davranış problemləri müşahidə olunur. Və bütün bu problemlər mediasiya prosesi zamanı hər iki valideynə izah edilməlidir. Ola bilər ki, onlar arasında əlbəttə ki, mübahisələr olur, əgər barışa bilmirsə, boşanırsa, yenə də valideyn övladına münasibətdə çox həssas olmalıdır. Çünki qadın və kişi bir-biri ilə mübahisə edə bilər, boşana bilər, lakin onlar öz övladları qarşısında vəzifələrini yerinə yetirməlidirlər. Belə ki, uşağın anadan olması yalnız emosional hal deyil, həm də yeni hüquq və vəzifələr doğuran hadisələrdir".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI