Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

"Məişət zorakılığına məruz qalmış ailələrlə işin təşkili və mediasiya prosesləri" mövzusunda vebinar keçirilib

"Məişət zorakılığına məruz qalmış ailələrlə işin təşkili və mediasiya prosesləri" mövzusunda vebinar keçirilib
11-12-2021, 16:14 457 dəfə baxılıb

Dekabrın 10-da Beynəlxalq İnsan Hüquqları Günü münasibətlə mediatorlar üçün "Məişət zorakılığına məruz qalmış ailələrlə işin təşkili və mediasiya prosesləri" mövzusunda vebinar keçirilib.

"Vətənim-Azərbaycandır"-ın məlumatına görə, görüşdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) - in Azərbaycan nümayəndəliyinin Uşaq müdafiəsi şöbəsinin rəhbəri Vüqar Salmanov və qurumların digər məsul əməkdaşları iştirak ediblər.
Çıxış edənlər mediasiya prosesində zorakılıq halları ilə üzləşən ailələrə daha çox diqqət edilməli olduğunu vurğulayıblar. Eyni zamanda mediasiyaya müraciət edən tərəflər arasında konfidensiallığın qorunmasının vacibliyi də xüsusi qeyd olunub. Bildirilib ki, bu insanların mediasiyaya olan inamını artıracaq.
Həmçinin məişət zorakılığına məruz qalmış aztəminatlı ailələrə pulsuz mediator xidmətinin göstərilməsi məsələsi də müzakirə olunub. Qeyd edilib ki, hazırda bununla bağlı müzakirələr gedir və növbəti ildən bu istiqamətdə müvafiq addımlar atılıacaq.
Tədbirdə məişət zorakılığına məruz qalmış şəxslərin mediasiya prosesi ilə bağlı mediatorların polis əməkdaşlarının yardımından istifadə edə biləcəyi də vurğulanıb. Eyni zamanda mediatorların təhlükəsizliyi məsələsinə də toxulunub və bu sahədə atılacaq addımlar müzakirə olunub.
Sonda bildirilib ki, Mediasiya Şurasının Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər qurumlarla sıx əməkdaşlığı mediasiya sahəsində problemlərin daha çevik həllinə töhfə verəcək.
Qeyd edək ki, vebinar Mediasiya Şurasının təşkilatçılığı, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNİCEF-in tərəfdaşlığı ilə keçirilib. Mediasiya Şurası mövzunun həssaslığını və aktuallığını nəzərə alaraq qeyd edilən qurumlarla görüşlərin müntəzəm olaraq keçirilməsini planlaşdırır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI